Terminlər lüğəti
461—470 / 1989
Elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsi.
İnformasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət.
Elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər.
Super elit toxumun çoxaldılmasından alınmış toxum.
Emal üçün gətirilmiş malların və bu prosesdə istifadə olunan Azərbaycan mallarının emalı nəticəsində alınmış mal məhsulu, istehsal tullantıları və istehsal itkilərindən ibarət olan mallar.
Emal üçün mallar və emala məruz qalacaq istifadə olunan Azərbaycan malları.
Azərbaycan Respublikasının gömrük ərazisində emal obyektlərindən bilavasitə istifadəni həyata keçirən Azərbaycan şəxsi.
Qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir.
Texnikanın mövcud səviyyəsinə və ya inkişafına müvafiq istifadə olunan neft, neft məhsulları, qaz, elektrik, istilik, su və atom enerjiləri, bərpa olunan və digər enerji daşıyıcıları.
Texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi.