Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

371—380 / 1989
Müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında alınan və müəyyən olunmuş müddətlərdə qaytarılmasına öhdəlik götürülən maliyyə vəsaiti.
Dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması məqsədilə qanunla müəyyənləşdirilmiş qaydada aparılan reyestr
Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları.
Büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən daktiloskopik məlumatların alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, insan şəxsiyyətinin müəyyənləşdirilməsi və ya təsdiqi üzrə bu qanunla nəzərdə tutulan fəaliyyət.
Damazlıq heyvanların mənşəyinin, eksteryer, döllük və məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə qeydiyyatı sənədi
Sabit irsi əlamətlərə malik damazlıq heyvanların bioloji və morfoloji keyfiyyətinin qeydiyyat kitabları.
Vahid mərkəzdən idarə olunan yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələrinin, onların dispetçer idarəetmə vasitələrinin və ona tabe olan enerji istehsalçılarının birliyi.
Dövlət əmlakının Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsi.
Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş ilkin etalon.