Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 166
Bakı şəhəri, 23 may 2014-cü il
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə"nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri |
|
Mustafayev Şahin Abdulla oğlu |
- Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri |
Kollegiyanın üzvləri: |
|
Babayev Sahil Rafiq oğlu |
- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
|
Həsənova Sevinc Telman qızı |
- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
|
Məmmədov Sahib Əli oğlu |
- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
|
Səfərov Niyazi Abdulla oğlu |
- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
|
Seyidov Famil Naqim oğlu Vəliyev Samir Teymur oğlu |
- Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri
- Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri
|
İsayev Zahid İsa oğlu |
- Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi
|
Abdullayev Şirzad Əyyub oğlu |
- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru |
2. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 51 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 269; 2010, № 6, maddə 565) 1-ci hissəsi ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 İyun 2014, 14:06
7 Mart 2014, 09:03
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
7 Mart 2014, 09:03
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
7 Mart 2014, 09:03
Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...