“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1110-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə 1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375; 2011, № 2, maddə 71, № 6, maddə 478; 2013, № 11, maddə 1272; 2017, № 11, maddə 1977; 2018, № 2, maddə 148) 4-cü maddəsinin II hissəsinə “təqsirləndirilən şəxsin müdafiəsi,” sözlərindən sonra “məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

19 Noyabr 2018, 08:11

http://www.azertag.az

10251—10260 / 10511

3 Mart 2014, 16:03

"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 09:02

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...