Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 200; 2017, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 47 nömrəli və 10 may tarixli 59 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 16-cı və 17-ci hissələr əlavə edilsin:
“16. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi adından:
16.0. Məcəllənin 231.2-ci maddəsində (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə), 231.3-cü və 231.4-cü maddələrində (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri və digər üzvləri, Aparat rəhbəri və onun müavinləri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri, baş məsləhətçilər və böyük məsləhətçilər.
17. Bakı Nəqliyyat Agentliyi adından:
17.0. Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3–322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2018-ci il.
16 İyul 2018, 08:0712 Fevral 2014, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Fevral 2014, 08:02
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Fevral 2014, 08:02
15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında ətraflı...
11 Fevral 2014, 16:02
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında ətraflı...
11 Fevral 2014, 16:02
"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 16:02
"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
11 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 874-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...