Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1890) ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci və 5.5-ci bəndlərində “Hüquqi şəxs olan monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə” sözləri “Monitorinq subyektlərinə” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2018-ci il.
8 May 2018, 08:0515 May 2014, 09:05
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
13 May 2014, 13:05
H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 17:05
A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
8 May 2014, 09:05
M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 May 2014, 17:05
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə ətraflı...