“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 176; 2001, № 10, maddə 640, № 11, maddə 707; 2002, № 9, maddə 555; 2003, № 10, maddə 568; 2004, № 12, maddə 1004; 2005, № 12, maddə 1104; 2007, № 11, maddə 1106; 2008, № 1, maddə 7; 2010, № 10, maddə 857) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və preambulasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

2. 2-ci hissə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

24 Aprel 2018, 08:04

http://www.azertag.az

4721—4730 / 10511

30 Oktyabr 2017, 05:10

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

T.B.İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

H.M.Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

M.C.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

R.C.Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Oktyabr 2017, 05:10

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

26 Oktyabr 2017, 09:10

Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

25 Oktyabr 2017, 09:10

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...