“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 39.2-ci maddəsinə uyğun olaraq göstərilən xidmətlərə görə xidmət haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında (ikinci halda), 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci (hər iki halda) və 3-cü hissələrində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü və 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci və dördüncü abzaslarında, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda), 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 39.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci hissəsində (hər iki halda) və 3-cü hissəsində (birinci halda), 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü, 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci və dördüncü abzaslarında, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 39.2-ci maddəsində, 41-ci maddəsinin birinci, ikinci, üçüncü (birinci halda) abzaslarında “qurum” dedikdə “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2018-ci il.

6 Aprel 2018, 08:04

http://www.azertag.az

10121—10130 / 10511

22 Aprel 2014, 14:04

"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 14:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 09:04

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

10 Aprel 2014, 09:04

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

10 Aprel 2014, 09:04

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 16:04

Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 10:04

"Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

4 Aprel 2014, 10:04

"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə   ətraflı...

4 Aprel 2014, 10:04

"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 10:04

"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...