“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 565-VQD nömrəli, 14 aprel tarixli 588-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0.7-ci maddədə “Qanunun 9-12-ci maddələrində” sözləri “Qanunda” sözü ilə əvəz edilsin;
1.2. 1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.8. monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları, vəkillər, notariuslar, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslərdir;”;
1.3. 1.0.9-cu maddədən “9-12-ci maddələrinin” sözləri çıxarılsın;
1.4. 1.0.10-cu maddədən “hüquqi şəxs olan” sözləri çıxarılsın;
1.5. 1.0.12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.12. benefisiar mülkiyyətçi - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir;”;
1.6. 1.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.18-ci maddə əlavə edilsin:
“1.0.18. işgüzar münasibətlər - monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin peşəkar fəaliyyətinin həyata keçirilməsi zamanı öz müştəriləri ilə formalaşdırdıqları, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə əsaslanan, birdəfəlik xarakter daşımayan peşəkar münasibətlərdir;”.
2. 3.0.2-ci maddədən “hüquqi şəxs olan” sözləri çıxarılsın.
3. 4.0.8-ci, 4.0.10-cu və 4.0.11-ci maddələr ləğv edilsin.
4. 5-ci maddə üzrə:
4.1. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.1. Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-11-ci və 12-1-ci maddələrinin tələbləri aşağıdakı qaydada tətbiq olunur:
5.1.1. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları bu Qanunun 9.2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğdə nağd əməliyyatlar apardıqda;
5.1.2. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatları həyata keçirdikdə;
5.1.3. notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə:
5.1.3.1. daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;
5.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;
5.1.3.3. müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;
5.1.3.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar.”;
4.2. 5.2-ci maddədə “vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən” sözləri “monitorinqdə iştirak edən digər” sözləri ilə əvəz edilsin;
4.3. 5.4-cü maddədə “Hüquqi şəxs olan monitorinqdə” sözləri “Monitorinqdə” sözü ilə əvəz edilsin.
5. 6-cı maddə üzrə:
5.1. 6.1.1-ci maddədə “lotereya təşkilatçısı” sözləri “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri ilə əvəz edilsin;
5.2. 6.1.6-cı maddədə “və hüquqi xidmət” sözləri “, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri” sözləri ilə əvəz edilsin;
5.3. 6.3-cü maddədən “9 - 12-ci maddələrinin” sözləri çıxarılsın.
6. 7.5-ci maddə üzrə:
6.1. birinci və ikinci cümlələrdə “iştirakçılarının” sözündən sonra “və monitorinqdə iştirak edən digər şəxslərin” sözləri əlavə edilsin;
6.2. ikinci cümlədə “iştirakçıları” sözündən sonra “və monitorinqdə iştirak edən digər şəxslər” sözləri əlavə edilsin;
7. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.”.
8. 9-cu maddə üzrə:
8.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Eyniləşdirmə və verifikasiya tədbirləri”.
8.2. 9.2-ci maddədə “benefisiarın eyniləşdirilməsi” sözləri “benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası” sözləri ilə əvəz edilsin;
8.3. 9.2.5-ci maddədə “benefisiarla” sözü “benefisiar mülkiyyətçi ilə” sözləri ilə, “olmadığı aşkarlandıqda” sözləri “olmadığına dair şübhələr olduqda” sözləri ilə əvəz edilsin;
8.4. 9.3-cü maddədə “benefisiarın eyniləşdirilməsi” sözləri “benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası” sözləri ilə əvəz edilsin;
8.5. 9.8-ci maddənin birinci cümləsində və 9.14.3-cü maddədə “benefisiar” sözündən sonra “mülkiyyətçi” sözü əlavə edilsin;
8.6. 9.15-ci maddə üzrə:
8.6.1. “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə, “benefisiarla” sözü “benefisiar mülkiyyətçi ilə” sözləri ilə əvəz edilsin;
8.6.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşgüzar münasibətlər yaradıldıqdan sonra müştəri və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilmirsə, müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr varsa, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün deyildirsə, monitorinq iştirakçıları işgüzar münasibətlərə xitam verməli və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.”;
8.7. 9.17-ci maddədə “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin.
8.8. 9.19-cu maddədə “benefisiara” sözü “benefisiar mülkiyyətçiyə” sözləri ilə əvəz edilsin.
9. 9-1-ci maddə üzrə:
9.1. 9-1.1-ci və 9-1.2-ci maddələrdə “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin;
9.2. 9-1.3-cü maddədə “benefisiarların” sözü “benefisiar mülkiyyətçilərin” sözləri ilə əvəz edilsin;
9.3. aşağıdakı məzmunda 9-1.4-cü maddə əlavə edilsin:
“9-1.4. Monitorinq iştirakçıları xarici dövlətlərin siyasi xadimləri ilə davam edən işgüzar münasibətləri mütəmadi olaraq nəzarətdə saxlamalı, eyniləşdirmə və verifikasiya sənədlərinin vaxtaşırı yeniləşdirilməsi üçün tədbirlər görməlidirlər.”.
10. 9-2-ci maddənin ikinci cümləsinə “maliyyə monitorinqi orqanına” sözlərindən sonra “, auditora, cinayət təqibini həyata keçirən orqanlara” sözləri əlavə edilsin.
11. 10-cu maddə üzrə:
11.1. maddənin adına “Eyniləşdirmə” sözündən sonra “və verifikasiya” sözləri əlavə edilsin;
11.2. 10.1.1-ci və 10.1.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“10.1.1. müştərinin, benefisiar mülkiyyətçinin və ya səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası zamanı əldə olunmuş bütün məlumatlar və sənədlər, işgüzar yazışmalar və hesabın rəsmiləşdirilməsi üçün digər sənədlər - müştərinin hesabının bağlanılmasından və ya müştəri ilə hüquqi münasibətlərə xitam verildikdən sonra ən azı beş il;
10.1.2. məbləğ və valyuta növü də daxil olmaqla, hər hansı bir fərdi əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək həcmdə, müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla ölkədaxili və ya beynəlxalq əməliyyatlara dair məlumatlar və sənədlər - əməliyyat başa çatdıqdan sonra ən azı beş il;”;
11.3. aşağıdakı məzmunda 10.1.3-cü maddə əlavə edilsin:
“10.1.3. qeyri-adi əməliyyatların təyinatının və mahiyyətinin aydınlaşdırılması üçün aparılmış təhlilin nəticələri də daxil olmaqla, bu Qanunun 9-2-ci maddəsində nəzərdə tutulan əməliyyatlara dair sənədlər və məlumatlar - müştəri ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il.”.
12. 11-ci maddə üzrə:
12.1. 11.1.5-ci maddədə “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə əvəz edilsin;
12.2. 11.3-cü maddədə “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin;
12.3. 11.6-cı maddənin ikinci cümləsinə “Monitorinq iştirakçılarından” sözlərindən sonra “və monitorinqdə iştirak edən digər şəxslərdən” sözləri əlavə edilsin.
13. 12-ci maddə üzrə:
13.1. maddənin adında, 12.1-ci, 12.2-ci və 12.3-cü maddələrində “Hüquqi şəxs olan monitorinq” sözləri “Monitorinq” sözü ilə əvəz edilsin;
13.2. aşağıdakı məzmunda 12.1.1-1-ci maddə əlavə edilsin:
“12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi;”;
13.3. 12.1.2-ci maddədə “benefisiarların” sözü “benefisiar mülkiyyətçilərin” sözləri ilə, “benefisiarın” sözü isə “benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin;
13.4. 12.1.6-cı maddə ləğv edilsin;
13.5. 12.1.8-ci maddədən “hüquqi şəxs olan” sözləri çıxarılsın;
13.6. 12.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“12.4. Daxili nəzarət sistemi çərçivəsində tətbiq olunan tədbirlərin növü və həddi monitorinq iştirakçılarının fəaliyyətinin xarakterinə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə uyğun olmalıdır.”.
14. 14-cü maddədə “onların əməkdaşları” sözləri “onların əmək və ya digər mülki hüquqi müqavilələr əsasında işləyən əməkdaşları” sözləri ilə əvəz edilsin.
15. 15-ci maddədə “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə əvəz edilsin.
16. 16.1-ci maddədə “11.1-ci maddəsində göstərilən məlumatların maliyyə monitorinqi orqanına” sözləri “9-2-ci və 11.1-ci maddələrində göstərilən məlumatların maliyyə monitorinqi orqanına, 9-2-ci maddəsində göstərilən məlumatların isə nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı nəzarət orqanlarına” sözləri ilə əvəz edilsin.
17. 17.8-ci maddədə “limitinə, bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin və bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulan şəxslərin siyahısına” sözləri “ümumi məbləğinin minimal həddinə” sözləri ilə əvəz edilsin.
18. 20.1-ci maddəyə “maliyyələşdirilməsi,” sözündən sonra “nəzarət tədbirlərinin həyata keçirilməsi,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il.
13 İyul 2017, 10:07
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Avqust 2022, 15:08
Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...