Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin  Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Qədim Xalid oğlu Babayev,

Ülvi Arif oğlu Mayılov,

Namiq Eyyub oğlu Məmmədov,

Sahibxan Arzuman oğlu Mirzəyev.

 

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Mirzəli Əbdüləli oğlu Abbasov,

Həsən Hüseyn oğlu Əhmədov,

Əflatun İbrahim oğlu Qasımov,

Faiq Adil oğlu Qasımov,

Məmməd Allahverdi oğlu Məmmədov,

Vaqif Ənvər oğlu Mursaqulov,

Afaq Bayram qızı Nuriyeva.

 

3. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Adil qızı Cəmilova vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafael Əmir oğlu Eyvazov vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Vüsalə Ələkbər qızı Baxışova,

Elşən Cələddin oğlu Kazımov,

Xumar Afət qızı Mərdanova,

Xəyal Əjdər oğlu Sarıyev,

Elşad Yaquboviç Şamayev.

 

6. Aşağıdakı hakimlər vəzifələrini dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:

 

Toğrul Məhəmməd oğlu Əliyev,

Vüqar Kamal oğlu Məmmədov.

 

7. Bu Qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-6-cı bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                  O.Əsədov

 

Bakı şəhəri, 30 iyun 2017-ci il.

3 İyul 2017, 09:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...