“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq,  “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684,       № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225,     № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518,   № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013,     № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308,      № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, №12, maddə 1432, 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780; 2016, № 11, maddə 1790, № 12, maddələr 2006, 2051; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD və 519-VQD nömrəli qanunları) 30.1-ci və 30.2-ci maddələri aşağıdakı redaksiyada verilsin:

30.1. Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu barədə sertifikatın verilməsi

 

20 manat

30.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunması barədə attestatın verilməsi

20 manat

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 aprel 2017-ci il.

6 İyun 2017, 10:06

http://www.azertag.net

10191—10200 / 10511

13 Mart 2014, 09:03

Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı   ətraflı...

13 Mart 2014, 09:03

“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

13 Mart 2014, 09:03

“Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə   ətraflı...

12 Mart 2014, 13:03

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

11 Mart 2014, 14:03

Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə   ətraflı...

11 Mart 2014, 14:03

“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

11 Mart 2014, 14:03

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

11 Mart 2014, 14:03

2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin təsdiq edilməsi haqqında   ətraflı...

11 Mart 2014, 14:03

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Mart 2014, 14:03

“Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 896-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...