Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 31 may tarixli

Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR

Əlavə I

 

1. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hər bir əməkdaşına Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

 

2. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini bildirən nişandır.

3. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat Xidmətinin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.

4. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

4.1. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında, kino, video və fotomateriallarında;

4.2. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).

 

1 İyun 2017, 09:06

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...