“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 700; 2013, № 3, maddə 206, № 11, maddə 1293; 2014, № 11, maddə 1367; 2016, № 7, maddə 1238) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.4-cü maddədə “ekoloji təmiz kənd təsərrüfatının tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə, “sertifikatlaşdırma orqanı” sözləri “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin.

2. 5.0.8-ci maddədə “və sertifikatlaşdırma üzrə orqanları” sözləri “orqanları və uyğunluğu qiymətləndirən qurumları” sözləri ilə, “akkreditasiya sənədləri” sözləri “akkreditasiya attestatı” sözləri ilə əvəz edilsin.

3. 5.0.9-cu maddədə “və sertifikatlaşdırma” sözləri çıxarılsın və “uçotunu” sözündən sonra “və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrini” sözləri əlavə edilsin.

4. 5.0.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“5.0.10. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş qurumların akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması və ya uyğunluğu qiymətləndirən qurum tərəfindən müəyyən edilmiş nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması halında nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə qərar qəbul etmək;”.

5. 10.5-ci maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin.

6. 11.1-ci maddədə “və sertifikatlaşdırma orqanının təklifi əsasında” sözləri “nəzərə alınmaqla, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəyi əsasında” sözləri ilə əvəz edilsin.

7. 11.2.5-ci maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə əvəz edilsin.

8. 11.2.6-cı maddədə “sertifikatlaşdırma orqanlarının” sözləri “uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə əvəz edilsin.

9. 12-ci maddə üzrə:

9.1. adında “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin;

9.2. 12.1-ci maddədən “və sertifikatlaşdırma” və “və ayrı-ayrılıqda fəaliyyət göstərirlər” sözləri çıxarılsın, “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

9.3. aşağıdakı məzmunda 12.1-1-ci maddə əlavə edilsin:

“12.1-1. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;

9.3. 12.2-ci maddədə “Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri “Ekoloji müşahidə üzrə akkreditasiya edilmiş orqanlar və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin;

9.4. 12.3-cü maddədən “və sertifikatlaşdırma” sözləri çıxarılsın.

10. 13.3-cü maddədə “ərzaq məhsullarının” sözlərindən sonra “, idarəetmə sistemlərinin” sözləri əlavə edilsin.

11. 16.1-ci maddədə “sertifikatlaşdırma orqanı” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin.

12. 16.7.3-cü maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların adı” sözləri ilə əvəz edilsin.

13. 17.5-ci maddədə ismin müvafiq hallarında “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri ismin müvafiq hallarında “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 aprel 2017-ci il.

 

31 May 2017, 09:05

http://www.azertag.net

10151—10160 / 10511

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Aprel 2014, 09:04

Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2014, 09:03

Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Mart 2014, 09:03

Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...