“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsində, 13-2.5-ci və 13-10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində və 13-1.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 13-1.2.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 13-11.1-ci maddəsində “rəsmi dövri mətbu nəşr” dedikdə “Azərbaycan” və “Xalq qəzeti” qəzetləri nəzərdə tutulur;

2.5. həmin Qanunun 13-10.1-ci maddəsində nəzərdə tutulmuş girov vəsaitinin məbləği:

2.5.1. Bakı şəhərində 50 000 (əlli min) manat və 50 000 (əlli min) ABŞ dolları;

2.5.2. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 000 (iyirmi beş min) manat və 25 000 (iyirmi beş min) ABŞ dolları;

2.5.3. bu Fərmanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulan inzibati ərazi vahidləri istisna olmaqla, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 000 (on min) manat və 10 000 (on min) ABŞ dollarıdır.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

3.1. üç ay müddətində aşağıdakı normativ xarakterli aktları qəbul edib həmin aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, valyuta əməliyyatlarının aparılması qaydasını;

3.1.2. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydasını;

3.1.3. həmin Qanunun 13-1.1-ci maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın alınması üçün ərizənin formasını;

3.1.4. həmin Qanunun 13-9-cu maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını;

3.1.5. həmin Qanunun 13-10.4-cü maddəsinə uyğun olaraq, girov vəsaitinin geri alınmasına dair rəyin formasını;

3.2. bu Fərmanın 3.1.1-ci bəndində göstərilən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydasında valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri, habelə həmin Qanunun 13-1.2.9-cu maddəsində nəzərdə tutulan təsdiqedici sənədlərin siyahısını müəyyən etsin;

3.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla, onlara aid inzibati ərazi vahidlərinin ərazilərində valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlər üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq yerlərin ayrılmasını bir ay müddətində təmin etsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 may 2017-ci il.

19 May 2017, 09:05

https://legalacts.az/az/news/7003

5561—5570 / 10511

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

4 Aprel 2017, 09:04

Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Aprel 2017, 09:04

V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı   ətraflı...

31 Mart 2017, 09:03

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında   ətraflı...