“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

 

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 510-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 19-cu maddənin 4-cü hissəsinin “b” bəndində və 55-ci maddənin birinci hissəsinin “c” bəndində “borclu ilə əlaqədar” sözləri “borcluya aidiyyəti olan” sözləri ilə əvəz edilsin.

2. 20-ci maddənin 4-cü hissəsi üzrə:

2.1. “a” bəndində “borclunun” sözündən sonra “cari” sözü, “sazişlər” sözündən sonra “, habelə borc (kredit) müqavilələri” sözləri əlavə edilsin;

2.2. “ç” bəndində “qaydalara” sözündən sonra “və satış planına” sözləri əlavə edilsin.

3. 21-ci maddə üzrə:

3.1. “ç” bəndində “aktivlərini” sözü “aktivlərinin inventarizasiyasını aparmalı və onları” sözləri ilə əvəz edilsin;

3.2. “f” bəndində “üçün” sözündən sonra “satış planını hazırlamalı, onun təsdiqi üçün kreditorların yığıncağını çağırmalı və təsdiq edilmiş satış planına uyğun olaraq” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin:

 

“Maddə 24-1. Borclunun əsas vəsaitlərinin satılması

Borclunun əsas vəsaitlərinin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya bu Qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir.”.

5. 26-cı maddənin “b” və “d” bəndlərində “əmlak inzibatçısının” sözləri “kreditorların yığıncağının” sözləri ilə əvəz edilsin.

6. 27-ci maddə üzrə:

6.1. maddənin mətni 1-ci hissə hesab edilsin və “Təyin olunmasından” sözlərindən əvvəl “1.” rəqəmi əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Kreditorun (kreditorların) hesabatla bağlı və ya borclunun hesabatda göstərilməyən əmlakı, habelə əmlak inzibatçısının fəaliyyətinə dair hər hansı məsələ ilə bağlı əmlak inzibatçısına sorğu göndərmək hüququ vardır. Əmlak inzibatçısı sorğunun daxil olduğu müddətdən 3 iş günündən gec olmayaraq onu cavablandırmalıdır.”.

7. 38-ci maddənin 3-cü hissəsində “çərçivəsində” sözündən sonra “(borclunun iflas prosesinin başa çatacağı halda əldə edəcəklərindən az olmamaqla)” sözləri əlavə edilsin.

8. 40-cı maddənin 3-cü hissəsinin birinci cümləsində “Borclu” sözündən sonra “və ya kreditor (kreditorlar)” sözləri əlavə edilsin.

9. 41-ci maddə üzrə:

9.1. 1-ci hissənin:

9.1.1. birinci abzasında “Borclu” sözündən sonra “və ya kreditor (kreditorlar)” sözləri əlavə edilsin;

9.2. “a” bəndində “mülkiyyətçiləri” sözündən sonra “və ya kreditor (kreditorlar)” sözləri əlavə edilsin;

9.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Borclunun ödəmə qabiliyyətinin bərpasının mümkünlüyü qanunazidd olmayan hər hansı üsulla sübut edilə bilər.”;

9.4. 3-cü hissənin ikinci cümləsində “borclunun” sözü “sağlamlaşdırma barədə məhkəməyə ərizə verənin (borclunun və ya kreditorun (kreditorların)” sözləri ilə əvəz edilsin.

10. 46-cı maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Kreditor reyestrdə təsbit edilmiş öz tələblərinin həcmini, habelə digər kreditorların tələblərinin həcmini və hüquqi əsasını məhkəmə qaydasında mübahisələndirə bilər.”.

11. 53-cü maddənin 1-ci hissəsi üzrə:

11.1. “b” bəndində “borclunun işçilərinin onlara iş vaxtı dəymiş bədən xəsarətləri və ya ölüm halları” sözləri “həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması” sözləri ilə əvəz edilsin;

11.2. “c” bəndində “ödəmə qabiliyyəti olmayan borclunun işçilərinin müavinətləri, güzəştlər və əmək haqqı barəsində tələbləri” sözləri “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər” sözləri ilə əvəz edilsin;

11.3. “ç” bəndinin ikinci abzasında “dövlət və yerli büdcəyə vergilər, məcburi dövlət sosial sığortasına ayırmalar” sözləri “dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər” sözləri ilə əvəz edilsin.

12. 54-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 54. Borcluya aidiyyəti olan şəxslər

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, o cümlədən iflas prosesinə başlanması məqamından əvvəlki bir il ərzində borclu müəssisənin rəhbərliyindən uzaqlaşmış şəxslər borcluya aidiyyəti olan şəxslər hesab edilir.”.

13. 55-ci maddənin “c” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “ç” bəndi əlavə edilsin:

“ç) borclunun ödəmə qabiliyyətsizliyinə səbəb olan aşağı qiymətləndirilmiş (digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az qiymətlə) əqdlər bağlandıqda.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 aprel 2017-ci il.

 

18 May 2017, 09:05

http://www.azertag.net

10151—10160 / 10511

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Aprel 2014, 09:04

Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2014, 09:03

Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Mart 2014, 09:03

Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...