Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə şəkər çuğunduru istehsalının stimullaşdırılması məqsədi ilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

1.1. şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4,0 (dörd) manat məbləğində subsidiya ödənilir;

1.2. kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilmir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2017-ci il.

5 Aprel 2017, 09:04

http://www.azertag.net

10281—10290 / 10511

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında   ətraflı...

14 Fevral 2014, 08:02

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Fevral 2014, 08:02

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...