Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 709) ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.2.6-1-ci və 2.2.6-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.6-1. yüklü edilən əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə);

2.2.6-2. yüklü edilən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı);”.

2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2 nömrəli əlavəsinə “Yüklü edilən əmlakın (əmlak hissəsinin) növü və ünvanı” sətrindən sonra aşağıdakı sətirlər əlavə edilsin:

“Yüklü edilən əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə)

Yüklü edilən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2017-ci il .

17 Mart 2017, 09:03

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...