8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə etmişlər. Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar. Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır.
Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub yaşadılması bilavasitə onun adıyla bağlıdır.
Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir.
İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız.
Dərin hörmət və ehtiramla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2017-ci il.
7 Mart 2017, 09:0315 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 868-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 912-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 838-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 842-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 869-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...