Kredit büroları haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir.

 

1-ci fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Qanunun məqsədi

 

Bu Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir.

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.0.1. kredit bürosu - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış və bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxsi;

2.0.2. kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu;

2.0.3. kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs;

2.0.4. borc - verilmiş kreditlər, açılmış kredit xətləri, balansdan silinmiş kreditlər, qarantiya, zaminlik, uçota alınmış veksellər, nisyə satılmış malların dəyəri, lizinq və faktorinq əməliyyatları nəticəsində yaranan borc;

2.0.5. kredit tarixçələrinin məlumat bazası - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən informasiya sistemlərinə əsaslanan kredit bürosunun məlumat resursları;

2.0.6. kredit hesabatı - bu Qanunla icazə verilən məqsədlər və həcm daxilində məlumat istifadəçilərinə kredit tarixçəsindən verilən məlumat;

2.0.7. məlumat təchizatçısı - kredit bürosunu məlumatlarla birbaşa və ya “Elektron hökumət” portalı vasitəsi ilə təchiz edən bu Qanunun 12.1-12.3-cü maddələrində göstərilən subyektlər;

2.0.8. məlumat istifadəçisi - kredit bürosundan kredit hesabatlarını almaq hüququ olan bu Qanunun 13.2-ci maddəsində göstərilən subyektlər;

2.0.9. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (bundan sonra - nəzarət orqanı);

2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestri;

2.0.11. pozitiv məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını müsbət xarakterizə edən hər hansı məlumat;

2.0.12. neqativ məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat.

Maddə 3. Kredit bürolarının fəaliyyətinin hüquqi əsasları

Kredit bürolarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, digər normativ hüquqi aktlar, nəzarət orqanının normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Maddə 4. Kredit tarixçələrinin formalaşdırılması və onlardan istifadə prinsipləri

4.0. Kredit tarixçələrinin formalaşdırılması və kredit tarixçələrinin məlumat bazasından istifadə prinsipləri aşağıdakılardır:

4.0.1. qanuni məqsədlərlə formalaşdırılması və istifadə edilməsi;

4.0.2. kredit tarixçəsi subyektinin razılığı (bu Qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrində nəzərdə tutulmuş hallarda);

4.0.3. şəxsi həyatın toxunulmazlığı, hüquq və azadlıqların, qanuni mənafelərin müdafiəsi;

4.0.4. məlumatın həcminin istifadə məqsədlərinə adekvat olması;

4.0.5. məlumatın düzgünlüyü və vaxtında yenilənməsi;

4.0.6. məlumat istifadəçiləri arasında ayrı-seçkiliyə yol verilməməsi;

4.0.7. kredit tarixçələrinin məlumat bazasının və müvafiq informasiya sistemlərinin mühafizəsi;

4.0.8. qanunla qorunan məlumatların konfidensiallığının təmin edilməsi;

4.0.9. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla kredit hesabatlarının transsərhəd ötürülməsi.

 

2-ci fəsil

 

KREDİT BÜROLARININ YARADILMASI VƏ FƏALİYYƏTİ.

 

KREDİT BÜROLARININ FƏALİYYƏTİNƏ NƏZARƏT

 

 

 

Maddə 5. Kredit bürosunun yaradılması

5.1. Kredit büroları məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılır.

5.2. Kredit bürosunun fəaliyyəti üçün tələb olunan nizamnamə kapitalının minimum məbləğini nəzarət orqanı müəyyən edir.

5.3. Kredit bürosu qismində təsis edilən hüquqi şəxsin nizamnamə kapitalı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada ödənilir.

5.4. Kredit bürosunun informasiya sistemi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş tələblərə cavab verməlidir.

5.5. Kredit bürosunun fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi ilə bağlı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

5.6. Adında “kredit bürosu” sözlərini yalnız bu Qanun əsasında yaradılan və fəaliyyət göstərən kommersiya təşkilatları və onların birlikləri istifadə edə bilərlər.

5.7. Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) üçün peşə yararlığı tələbləri nəzarət orqanı tərəfindən müəyyən olunur.

5.8. Kredit bürosu bu Qanunun 5.8.6-5.8.9-cu maddələrində nəzərdə tutulmuş sənədlərdən sonuncusu alındığı tarixdən sonrakı 5 gün ərzində nəzarət orqanına məlumat üçün aşağıdakı sənədləri təqdim etməlidir:

5.8.1. kredit bürosunun dövlət qeydiyyatı haqqında sənədin və təsis sənədlərinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

5.8.2. tələb olunan minimum nizamnamə kapitalının ödənilməsi barədə sənədi;

5.8.3. kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) adı, ünvanı barədə sənədlərin, nəzarət orqanının müəyyən etdiyi peşə yararlığı tələblərinə uyğunluğunu təsdiq edən təhsil, əmək fəaliyyəti və digər müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

5.8.4. kredit bürosunun kommersiya strategiyasını, həyata keçiriləcək fəaliyyət növlərini, göstəriləcək xidmətlərin həcmi, əhatə dairəsini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) əks etdirən biznes-planı;

5.8.5. kredit tarixçələrinin məlumat bazasının təhlükəsizliyini, məxfiliyini və tamlığını təmin etmək üçün kredit bürosunun fəaliyyəti üzrə daxili qaydaları və prosedurları, o cümlədən xidmət haqqının müəyyən edilməsi siyasəti;

5.8.6. fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi üzrə lisenziyanın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

5.8.7. fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

5.8.8. fərdi məlumatların informasiya sistemlərinin uyğunluq sertifikatının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

5.8.9. fərdi məlumatların informasiya sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasından keçirilməsi haqqında məlumatı.

Maddə 6. Kredit bürosunun fəaliyyəti

6.1. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir.

6.2. Bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növü ilə yanaşı kredit bürosu aşağıdakı fəaliyyət növlərini həyata keçirir:

6.2.1. kredit tarixçələrinin tərtib edilməsi və onlardan istifadənin avtomatlaşdırılması üçün xüsusi proqram təminatının hazırlanması və realizə edilməsi;

6.2.2. kredit bürolarının fəaliyyətinə aid olan xüsusi ədəbiyyatın və digər məlumat materiallarının realizə edilməsi;

6.2.3. kredit tarixçələrinin tərtib edilməsi və onlardan istifadə ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi;

6.2.4. kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinqlərinin verilməsi;

6.2.5. statistik tədqiqatların aparılması;

6.2.6. kredit bürosunun əsas fəaliyyətini dəstəkləyən digər fəaliyyət.

6.3. Kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır.

6.4. Kredit bürosu rəsmi nəşrlərdə, rəsmi informasiya resurslarında və digər rəsmi mənbələrdə ümumi istifadə üçün açıq olan məlumatları kredit tarixçəsinin subyektinə aid hissədə kredit tarixçəsinə daxil edə bilər.

Maddə 7. Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti

7.1. Nəzarət orqanı kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və ona nəzarət sahəsində aşağıdakı hüquqlara malikdir:

7.1.1. kredit bürolarının fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda normativ xarakterli aktları qəbul etmək;

7.1.2. qanunla müəyyən edilmiş qaydada kredit bürolarının fəaliyyətini yoxlamaq və onlara qarşı təsir tədbirlərini həyata keçirmək;

7.1.3. kredit bürosunun fəaliyyətinə dair hesabatları, o cümlədən maliyyə hesabatlarını almaq və təhlil etmək.

7.2. Kredit bürosu fəaliyyəti barədə hesabatı nəzarət orqanının müəyyən etdiyi forma və qaydada ona təqdim edir.

7.3. Kredit büroları nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyirlər.

Maddə 8. Kredit tarixçələrinin məlumat bazasının qorunmasına dair tələblər

8.1. Kredit tarixçələrinin məlumat bazası fərdi məlumatların mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verməlidir.

8.2. Kredit bürosu kredit tarixçələrinin məlumat bazasında məlumatın mühafizəsi və bu bazaya hər hansı qanunsuz müdaxilənin qarşısının alınması tədbirləri barədə daxili qayda və prosedurlara malik olmalıdır.

8.3. Kredit tarixçələrinin məlumat bazasında məlumatların toplanılması və işlənilməsi, sorğuların verilməsi və icrası, ərizələrin qeydiyyatının və baxılmasının nəticələri, habelə sistemin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyatlar barədə qeydlər müvafiq nəzarət-audit jurnalına daxil edilir.

Maddə 9. Konfindensiallıq

9.1. Kredit bürosunun vəzifəli şəxsləri və digər əməkdaşları xidməti vəzifələrinin icrası ilə əlaqədar kredit tarixçələrinin məlumat bazasında onlara məlum olan məlumatı yalnız bu Qanunla və digər qanunlarla müəyyən edilmiş hallarda açıqlaya bilərlər.

9.2. Kredit bürosunun vəzifəli şəxsləri və digər əməkdaşları kredit tarixçələrinin məlumat bazasında onlara məlum olan məlumatın fəaliyyət müddətlərində və işdən çıxdıqdan sonra qanunsuz yayılmaması barədə yazılı iltizam verməlidirlər.

9.3. Kredit tarixçələrini təşkil edən məlumatın bu Qanunla müəyyən edilmiş qaydada təqdim edilməsi informasiyanın konfidensiallığının pozulması hesab edilmir.

9.4. Nəzarət orqanı və onun əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən kredit bürosunun fəaliyyəti ilə bağlı onlara məlum olan məlumatın, o cümlədən kredit tarixçələrinin məlumat bazasında olan məlumatın konfidensiallığını fəaliyyət müddətlərində və işdən çıxdıqdan sonra qanunla müəyyən edilmiş qaydada qorumalıdırlar.

Maddə 10. Kredit tarixçələrini təşkil edən məlumatın saxlanması

10.1. Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir.

10.2. Kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz.

Maddə 11. Kredit bürolarının yenidən təşkili və ləğvi

11.1 Kredit bürolarının yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

11.2. Yenidən təşkil edilən kredit bürosunun məlumat bazası onun hüquq varisi olan başqa kredit bürosuna təhvil verilir. Bu halda kredit tarixçələrinin məlumat bazasını qəbul etmiş kredit bürosu kredit tarixçələrini qəbul etdiyi gündən 10 iş günü ərzində bu barədə məlumat təchizatçılarına məlumat verməli və ölkə ərazisində yayılan kütləvi informasiya vasitələrində elan dərc etdirməlidir.

11.3. Kredit bürosu ləğv edildikdə, yaxud yenidən təşkil edilən kredit bürosunun hüquq varisi bu Qanunun 5.1-5.5-ci və 5.7-ci maddələrinin tələblərinə cavab vermədikdə, ləğv (yenidən təşkil) edilən kredit bürosunun müəyyən etdiyi şərtlərlə kredit tarixçələrinin məlumat bazası (bu Qanunun 15.1.4-cü maddəsinə uyğun olaraq razılıq verilmiş hissədə) fəaliyyətdə olan başqa kredit bürosuna verilə bilər. Kredit bürosunun kredit tarixçələrinin məlumat bazası (onun müvafiq hissəsi) başqa kredit bürosuna verilmədikdə, məlumat bazasından istifadə edilməsi (bu Qanunun 15.1.4-cü maddəsi nəzərə alınmaqla), onun saxlanması, yaxud məhv edilməsi barədə qərarı nəzarət orqanı qəbul edir.

 

3-cü fəsil

 

KREDİT TARİXÇƏLƏRİNİN VERİLƏNLƏR BAZASININ

 

FORMALAŞDIRILMASI VƏ ONDAN İSTİFADƏ QAYDALARI

 

Maddə 12. Məlumat təchizatçıları

12.1. Kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

12.2. Kredit tarixçələrini təşkil edən məlumatı kredit bürolarına aşağıdakılar təqdim edə bilərlər:

12.2.1. sığortaçılar, təkrarsığortaçılar, lizinq müqaviləsinin subyekti olan lizinq verən və faktorinq müqaviləsinin subyekti olan faktorlar;

12.2.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı (“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü, 54.3-cü və 54.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda);

12.2.3. nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

12.2.4. mobil telefon operatorları;

12.2.5. kommunal xidmətləri (soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatı) göstərən müəssisələr;

12.2.6. kredit bürosunu fərdi məlumatlarla təchiz edən digər subyektlər (o cümlədən pozitiv məlumat verərkən bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları).

12.3. Aşağıdakılar kredit tarixçələrini təşkil edən neqativ məlumatı bu Qanunun 17.5-ci maddəsində müəyyən edilmiş qaydada təqdim edirlər:

12.3.1. müvafiq icra hakimiyyəti orqanı, məhkəmələr (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarının icrası üzrə tədbirləri özləri keçirdikdə), notariuslar və məcburi icra orqanları;

12.3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı, nəzarət orqanı və Milli Televiziya və Radio Şurası (baxdıqları inzibati xətalar haqqında işlər üzrə bu Qanunun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş məlumatlar barədə).

12.4. Məlumat təchizatçıları aşağıdakı vəzifələri daşıyırlar:

12.4.1. barəsində neqativ və pozitiv məlumatlar təqdim ediləcək kredit tarixçəsi subyektinin razılığını almaq (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda neqativ məlumatların təqdim edilmə halları istisna olmaqla), onların saxlanmasını təmin etmək və uçotunu aparmaq;

12.4.2. kredit tarixçəsinin subyekti haqqında düzgün məlumat təqdim etmək;

12.4.3. kredit tarixçəsinin subyektinə məlumatın təqdim ediləcəyi kredit bürosu haqqında məlumatı (adı, ünvanı və digər zəruri rekvizitləri) vermək (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları istisna olmaqla);

12.4.4. kredit tarixçəsinin subyektinə kredit tarixçələri ilə bağlı hüquqları barədə məlumatı yazılı şəkildə təqdim etmək (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları istisna olmaqla);

12.4.5. təqdim edilmiş məlumatın kredit bürosunun və kredit tarixçəsi subyektinin tələbi ilə dürüstlüyünü yoxlamaq və müvafiq düzəlişlər etmək;

12.4.6. bu Qanunun 12.4.1-ci maddəsinə uyğun olaraq kredit tarixçəsi subyektinin razılığının alınması faktını kredit bürosu üçün bu Qanunun 15.7-ci maddəsində müəyyən edilmiş qaydada təsdiq etmək;

12.4.7. bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş halda müvafiq məlumatı vaxtında kredit bürosuna təqdim etmək.

12.5. Bu Qanunun 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ (bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda istisna olmaqla) və pozitiv məlumatları onun razılığını almaqla kredit bürosuna təqdim edirlər. Bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ məlumatları onun razılığını almadan “Elektron hökumət” portalında yerləşdirirlər. Kredit bürosu neqativ məlumatı qəbul etməyə borcludur.

Maddə 13. Məlumat istifadəçiləri

13.1. Məlumat istifadəçiləri (bu Qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) kredit hesabatını yalnız onlarla kredit tarixçəsinin subyekti arasında borc öhdəliyinin yaranması, dəyişdirilməsi və borc öhdəliyi ilə bağlı digər münasibətlərin tənzimlənməsi zamanı ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi məqsədilə istifadə edə bilərlər.

13.2. Kredit bürosundan kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir:

13.2.1. bu Qanunun 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları;

13.2.2. kredit tarixçəsinin subyekti;

13.2.3. müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri).

13.3. Bu Qanunun 13.2.2-ci (bu Qanunun 21.2-ci və 21.3-cü maddələri nəzərə alınmaqla) və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla, digər məlumat istifadəçisi aşağıdakı vəzifələri daşıyır:

13.3.1. kredit hesabatını əldə etmək üçün kredit tarixçəsi subyektinin razılığını almaq (bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş mənbələrdən əldə olunmuş məlumatın alınmasına istisna olmaqla);

13.3.2. kredit tarixçəsi subyektlərinə kredit tarixçələri ilə bağlı hüquqları barədə yazılı şəkildə məlumat təqdim etmək;

13.3.3. kredit hesabatını almaq üçün müvafiq kredit tarixçəsi subyektinin razılığının alınması faktını kredit bürosu üçün bu Qanunun 15.7-ci maddəsində müəyyən edilmiş qaydada təsdiq etmək;

13.3.4. kredit tarixçəsini təşkil edən məlumatı üçüncü şəxslərə açmamaq;

13.3.5. kredit hesabatını yalnız bu Qanunla müəyyən edilmiş məqsədlər üçün istifadə etmək;

13.3.6. kredit hesabatını təqdim etmiş kredit bürosu haqqında kredit tarixçəsinin subyektinə məlumat (adı, ünvanı və digər zəruri rekvizitləri) vermək;

13.3.7. kredit hesabatını almaq üçün kredit bürosuna müəyyən edilmiş xidmət haqqını ödəmək (bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsində və 18.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş halda istisna olmaqla).

13.4. Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumat istifadəçiləri kredit hesabatını təqdim etmiş kredit bürosu haqqında məlumatı kredit tarixçəsinin subyektinə onun sorğusu əsasında verir.

Maddə 14. Kredit tarixçəsi subyektinin hüquqları

14.0. Kredit tarixçəsinin subyekti aşağıdakı hüquqlara malikdir:

14.0.1. kredit tarixçəsinin tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların kredit bürosuna təqdim edilməsinə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda neqativ məlumatların təqdim edilmə halları istisna olmaqla) razılıq vermək;

14.0.2. məlumat istifadəçisinə (bu Qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçilərinə istisna olmaqla) öz kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına (bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş mənbələrdən əldə olunmuş məlumatın alınmasına istisna olmaqla) razılıq vermək;

14.0.3. kredit bürosundan özü haqqında kredit hesabatını almaq;

14.0.4. yanlış hesab etdiyi məlumatın yoxlanılması və həmin məlumatda müvafiq düzəlişlərin edilməsi barədə kredit bürosuna və məlumat təchizatçısına müraciət etmək;

14.0.5. özü barəsində kredit tarixçəsindəki məlumatların məhv edilməsini (bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş tələb nəzərə alınmaqla) tələb etmək;

14.0.6. özü barəsində kredit tarixçəsindəki məlumatların toplanılmasının, işlənilməsinin və verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və verilməsinin (bu Qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçilərinə verilməsi halları istisna olmaqla) onun üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;

14.0.7. bu Qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrinə uyğun verilmiş razılığı pozitiv məlumatlara aid hissədə geri götürmək.

Maddə 15. Kredit tarixçəsi subyektinin razılığı

15.1. Bu Qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrində nəzərdə tutulmuş hallarda kredit tarixçəsi subyektinin razılığı yazılı formada (o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) rəsmiləşdirilir. Yazılı razılığa aşağıdakılar daxil edilməlidir:

15.1.1. kredit tarixçəsi subyektinin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar;

15.1.2. kredit tarixçəsinin subyektindən razılıq alan qurumun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar;

15.1.3. məlumatın toplanılması və işlənilməsi məqsədi;

15.1.4. kredit tarixçəsinin subyekti tərəfindən bu Qanunla müəyyən edilmiş məqsədlər üçün toplanılmasına və işlənilməsinə razılıq verilmiş məlumatlar və onların işlənilmə əməliyyatlarının (o cümlədən məlumatın transsərhəd ötürülməsinə və bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş halda başqa kredit bürosuna verilməsinə münasibət) siyahıları;

15.1.5. kredit tarixçəsi subyektinin razılığının qüvvədə olma müddəti və onun geri götürülməsi şərtləri;

15.1.6. məlumatın saxlanma müddəti başa çatdıqdan və ya kredit tarixçəsi subyektinin ölümündən sonra onun barəsində toplanılmış məlumatın məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri.

15.2. Kredit tarixçəsi subyektinin razılığı hər bir borc və ya digər hal üzrə ayrıca verilir. Kredit tarixçəsi subyektinin razılığı borc öhdəliyinə xitam verilənədək, digər hal üzrə isə razılığın qüvvədə olma müddəti bitənədək və ya o geri götürülənədək öz qüvvəsini saxlayır. Kredit tarixçəsinə daxil edilmiş məlumat bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə kredit bürosunda saxlanılır və müvafiq qaydada istifadə olunur.

15.3. Kredit tarixçəsi subyektinin razılığının qüvvədə olma müddəti və onun geri götürülməsi şərtləri məlumat təchizatçısı (istifadəçisi) ilə kredit tarixçəsinin subyekti arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

15.4. Məlumat təchizatçıları və istifadəçiləri yazılı razılıq alarkən kredit tarixçəsinin subyektinə özlərinin bu Qanunla müəyyən olunmuş vəzifələri və kredit tarixçəsi subyektinin bu Qanunla müəyyən olunmuş hüquqları barədə məlumatı mütləq bildirməlidirlər.

15.5. Kredit tarixçəsinin subyekti bu Qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrinə nəzərdə tutulmuş hallarda razılığını vermədikdə, onunla kredit təşkilatı arasında borc öhdəliyinin yaranmasına dair müqavilə bağlana bilməz.

15.6. Kredit tarixçəsinin subyekti vəfat etdikdə, ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir.

15.7. Kredit tarixçəsi subyektinin (o cümlədən bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda) razılığının alınması, bu Qanunun 12.4.6-cı və 13.3.3-cü maddələrində nəzərdə tutulmuş hallarda razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını nəzarət orqanı müəyyən edir.

Maddə 16. Kredit bürosuna təqdim edilən məlumat

16.1. Məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər:

16.1.1. borcun ilkin məbləği;

16.1.2. cari borc məbləği;

16.1.3. borcun məqsədi;

16.1.4. müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər;

16.1.5. vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim gündən artıq gecikdirilmiş borc);

16.1.6. borcun ödənilməsi müddətinin uzadılması;

16.1.7. borc öhdəliyinin təminatı;

16.1.8. borcun təminat hesabına ödənilməsi;

16.1.9. balansdan silinmiş ümidsiz borc;

16.1.10. ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrdən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti;

16.1.11. kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın.

16.2. Kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmini nəzarət orqanı müəyyən edir.

16.3. Kredit tarixçəsində kredit tarixçəsinin subyekti olan fiziki şəxs haqqında “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi (maliyyə əməliyyatları barədə məlumatlar istisna olmaqla) və ailə həyatına dair məlumatların yerləşdirilməsi qadağandır.

Maddə 17. Kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməsi

17.1. Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosu ilə bağladığı müqaviləyə əsasən təqdim edir. Məlumat təchizatçısı bir və ya bir neçə kredit bürosu ilə müvafiq məlumatın təqdim edilməsi barədə müqavilə bağlaya bilər.

17.2. Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulmuş razılığın alınması faktını təsdiq etməklə kredit bürosuna təqdim etməlidir. Məlumat təchizatçısı kredit tarixçəsi subyektlərinin razılıqlarını, hər bir borc və ya digər hal üzrə son məlumatın kredit bürosuna təqdim edilməsi tarixindən 5 il müddətində öz arxivində saxlayır.

17.3. Məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir.

17.4. Kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatlar elektron formada təqdim edilir.

17.5. Bu Qanunun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş neqativ məlumatlar fəaliyyətlərinə aid olan hissədə məhkəmələr (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi istisna olmaqla), məcburi icra orqanları və notariuslar tərəfindən müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, müvafiq icra hakimiyyəti orqanı (o cümlədən strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların adından), Azərbaycan Respublikasının Mərkəzi Bankı, nəzarət orqanı və Milli Televiziya və Radio Şurası tərəfindən isə birbaşa “Elektron hökumət” portalında yerləşdirilir. Həmin məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 18. Kredit tarixçəsində düzəlişlərin edilməsi barədə müraciət

18.1. Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir.

18.2. Kredit bürosu, kredit tarixçəsi subyektinin müraciətini aldıqdan sonra növbəti iş günündən gec olmayaraq kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə “dəqiqləşdirilir” qeydini daxil edir və məlumatın düzgünlüyünün yoxlanılması üçün məlumat təchizatçısına sorğu göndərir. Müraciət kredit tarixçəsində olan bu Qanunun 6.4-cü maddəsində göstərilən məlumatla bağlı olduqda, kredit bürosu 2 iş günü müddətində məsələni araşdırır və nəticəsindən asılı olaraq səhvi düzəldir və səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir, məlumatın düzgün olduğunu müəyyən etdikdə isə kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir.

18.3. Məlumat təchizatçısı sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə kredit bürosuna müvafiq məlumat göndərir.

18.4. Səhvin aradan qaldırılması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsində səhvi düzəldir, səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir. Bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq məlumatın düzgün olması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir.

18.5. Bu Qanunun 18.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq müvafiq qeyd daxil edildiyi andan bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsinə və 18.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq yeni kredit hesabatı və ya əsaslandırılmış cavab verilənədək kredit bürosu müvafiq kredit tarixçəsindən kredit hesabatını “dəqiqləşdirilir” qeydi ilə məlumat istifadəçilərinə verməlidir.

18.6. Şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir.

18.7. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarixçəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır.

18.8. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, nəzarət orqanına və məhkəməyə şikayət verə bilər.

Maddə 19. Kredit tarixçələrinin məlumat bazasının tərkibi

19.0. Kredit tarixçələrinin məlumat bazasında saxlanılan hər bir kredit tarixçəsinə ən azı aşağıdakı məlumat daxildir:

19.0.1. bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar;

19.0.2. kredit tarixçəsini formalaşdıran məlumat təchizatçıları haqqında məlumat;

19.0.3. məlumat “Elektron hökumət” portalından və ya bu Qanunun 6.4-cü maddəsində göstərilən mənbələrdən əldə edildiyi halda, bu barədə məlumat;

19.0.4. kredit hesabatının alınması üçün müraciət etmiş şəxslər (qurumlar) və məlumat istifadəçiləri haqqında məlumat, habelə kredit hesabatlarının verilməsi tarixi;

19.0.5. bu Qanunun 18.2-ci və 18.7-ci maddələrində nəzərdə tutulmuş məlumatlar.

Maddə 20. Kredit hesabatının verilməsi

20.1. Məlumat istifadəçisi kredit hesabatının alınması üçün müraciətində fiziki və hüquqi şəxslərin kredit tarixçələrinin məlumat bazasında eyniləşdirilməsi üçün bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq tələb olunan məlumatları göstərməli və bu Qanunun 14.0.2-ci maddəsində nəzərdə tutulmuş razılığın alınması faktını təsdiq etməlidir.

20.2. Məlumat istifadəçisinə verilən məlumatlar müraciətdə göstərildiyi həcmdə verilir. Kredit bürosundan verilən məlumata məlumat təchizatçısının adı yalnız kredit bürosu ilə məlumat təchizatçısı arasında bağlanmış müqavilədə buna icazə verildiyi halda daxil edilir.

20.3. Kredit tarixçəsi subyektinin müraciətində digər hal nəzərdə tutulmadıqda, kredit tarixçəsinin subyektinə verilən kredit hesabatına həmin subyekt haqqında kredit tarixçəsinin məlumat bazasında olan bütün məlumatlar daxil edilməlidir.

20.4. Kredit bürosu kredit hesabatlarının verilməsi üçün daxil olan sorğuların və verilmiş kredit hesabatlarının uçotunu aparır.

20.5. Kredit hesabatı elektron formada və (və ya) kağız daşıyıcısında verilir.

20.6. Kredit bürosu müvafiq sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir.

Maddə 21. Xidmət haqqı

21.1. Kredit bürosu kredit tarixçələrinin məlumat bazasından istifadəyə görə haqq təyin edir. Xidmət haqqının məbləği müvafiq informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq ola bilməz. Xidmət haqqının ödənilməsi qaydası və şərtləri məlumat istifadəçisi ilə kredit bürosu arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

21.2. Kredit bürosu kredit tarixçəsinin subyektinə onun haqqında məlumatları sorğu əsasında hər təqvim ili ərzində ən azı 2 dəfə ödənişsiz olaraq təqdim etməlidir.

21.3. Kredit tarixçəsinin subyekti kredit bürosunun təyin etdiyi haqqı ödəməklə bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən asılı olmayaraq, özü haqqında kredit hesabatını istənilən vaxt almaq hüququna malikdir.

21.4. Məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanları, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı və kredit tarixçəsi subyektinin vərəsələri (varisləri) tərəfindən kredit bürosundan məlumatın alınmasına, həmçinin bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsində və 18.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş halda kredit hesabatının verilməsinə görə haqq tutulmur.

 

4-cü fəsil

 

YEKUN MÜDDƏALARI

 

Maddə 22. Məsuliyyət

 

22.1. Kredit bürosu bu Qanunun 5.8-ci maddəsinə uyğun olaraq müvafiq məlumatı tam şəkildə və vaxtında nəzarət orqanına təqdim etmədikdə, 18.5-ci maddəsinə uyğun olaraq kredit hesabatını müvafiq qeydsiz verdikdə, 12.4.6-cı və 13.3.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kredit tarixçəsi subyektinin razılığının alınması faktının məlumat təchizatçısı və istifadəçisi tərəfindən təsdiq edilib-edilmədiyini yoxlamadan məlumatı kredit tarixçəsinə daxil etdikdə və kredit hesabatını verdikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

22.2. Kredit bürosu və onun əməkdaşları kredit tarixçəsini təşkil edən məlumatın qanunsuz istifadə edilməsinə və açıqlamasına, habelə məlumat təchizatçılarından daxil olmuş məlumatın təhrif edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

22.3. Kredit bürosu məlumat təchizatçısının kredit bürosuna verdiyi məlumatın yanlış olması nəticəsində kredit tarixçəsinin subyektinə dəyən zərərə görə məsuliyyət daşımır (bu Qanunun 18.5-ci maddəsinə nəzərdə tutulmuş vəzifəni yerinə yetirdiyi halda).

22.4. Məlumat təchizatçısı və istifadəçisi bu Qanunla tələb olunan kredit tarixçəsi subyektinin razılığını almadan onun barəsində məlumatı kredit bürosuna verdikdə və ya kredit hesabatı aldıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

22.5. Məlumat təchizatçıları düzgün olmayan məlumatı kredit bürosuna təqdim etdikdə və ya həmin məlumatı vaxtında yeniləmədikdə, həmçinin bu Qanunun 17.5-ci maddəsinə nəzərdə tutulmuş məlumat təchizatçıları aidiyyəti məlumatı müvafiq qaydada “Elektron hökumət” portalında yerləşdirmədikdə və ya vaxtında yeniləmədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 23. Keçid müddəaları

 

23.1. Kredit təşkilatlarının borcalanları barədə mərkəzləşdirilmiş kredit reyestrində olan bütün məlumatlar bu Qanunun qüvvəyə mindiyi gündən iki il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz verilir.

23.2. Bu Qanunun 23.1-ci maddəsinə uyğun olaraq kredit bürosuna verilmiş məlumatlarda sonrakı dəyişikliklər barədə məlumat kredit təşkilatları tərəfindən bu Qanunla müəyyən edilmiş qaydada (neqativ məlumat verilərkən kredit tarixçəsi subyektinin razılığı alınmadan) həmin kredit bürosuna verilməlidir.

23.3. Bu Qanunun 23.1-ci maddəsində göstərilmiş müddət bitdiyi gündən mərkəzləşdirilmiş kredit reyestrindən kredit təşkilatlarına və kredit bürolarına məlumatın verilməsi dayandırılır. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın verilməsi bərpa edilir və yenidən dayandırılır.

23.4. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək kredit bürolarının fəaliyyətinin yoxlanılması və onlara qarşı təsir tədbirlərinin həyata keçirilməsi qaydasını nəzarət orqanı müəyyən edir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2016-cı il.

8 Dekabr 2016, 10:12

http://www.azertag.net

501—510 / 10511

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 19 may tarixli 894 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 23 iyun tarixli 952 nömrəli və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 11 iyul tarixli 980 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 867 nömrəli, “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 667 nömrəli, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 13 dekabr tarixli 760 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 29 dekabr tarixli 802 nömrəli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” 2013-cü il 24 aprel tarixli 865 nömrəli, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 45 nömrəli, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 19 dekabr tarixli 55 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2014-cü il 22 dekabr tarixli 413 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 1 aprel tarixli 601 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 719 nömrəli və “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 424 nömrəli, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 425 nömrəli və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1699 nömrəli və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 19 dekabr tarixli 1747 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə” 2005-ci il 27 may tarixli 238 nömrəli, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli 242 nömrəli və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...