2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin (referendumun) hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.

 

Qanunvericiliyin bu tələblərinə əməl olunması məqsədilə ölkəmizdə keçirilmiş seçkilərdə (referendumda) aşkarlıq institutlarının, xüsusilə də müşahidəçilik institutunun normal fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılmış, bununla yanaşı, seçici siyahılarının mütəmadi olaraq nümayiş etdirilməsi, seçicilərin səsvermədə aktivliyi, səsvermənin gedişi və ilkin nəticələri barədə məlumatların tam və operativ şəkildə ictimailəşdirilməsi, habelə ictimaiyyətin aparılan proseslərlə yaxından tanış edilməsi üçün davamlı tədbirlər görülmüş, bu prosesdə müvafiq avtomatlaşdırılmış informasiya sisteminin və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilmişdir.

Müşahidəçi səlahiyyətləri əldə etmədən və seçki məntəqələrinə gəlmədən, geniş ictimaiyyət tərəfindən internet vasitəsilə səsvermənin gedişinin əvvəldən axıradək müşahidə edilməsi, qanunsuz müdaxilələr olmadan seçicilərə səsvermə şəraitinin yaradılması, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki (referendum) sənədləri ilə işin aparılması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında keçirilən seçkilərdə və referendumda əlavə tədbirlər qismində, mövcud seçki məntəqələrinin 500-də (təqribən 10 faizində), sonradan isə 1000-də (təqribən 20 faizində) veb-kameralar tətbiq etmişdir.

Seçki mütəxəssisləri, habelə ölkəmizdə səsvermənin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilmiş bu mütərəqqi təcrübədən istifadə edən xarici dövlətlərin sayı artmaqdadır.

Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində də (referendumda da) bu ənənə davam etdirilməli, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlərə əməl olunduqdan sonra Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilməklə ictimailəşdirilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na əsasən qərara alır:

 

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü seçki məntəqələrində referendum prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının zəruriliyi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün lazım olan texniki və digər şərtlərin təmin edilməsilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Proses başa çatdıqdan sonra veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilsin.

4. Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                              Məzahir Pənahov

Katib                             Arifə Muxtarova

Katib                             Mikayıl Rəhimov

22 Sentyabr 2016, 09:09

http://www.azertag.net

7951—7960 / 10511

20 Oktyabr 2015, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2015, 09:10

Y.C.Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2015, 09:10

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2015, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

E.Ə.Mahmudovun Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasında statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 oktyabr 2015-ci il tarixli 101 saylı müraciətə baxılması barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

Mərkəzi Seçki Komissiyasının 10 oktyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

19 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 oktyabr 2015-ci il tarixli 99 saylı müraciətə baxılması barədə   ətraflı...