Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 20 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında

Peşə Təhsili üzrə Dövlət Agentliyinin

Əsasnaməsi

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki (bundan sonra - tabeliyindəki) ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, tabeliyindəki qurumlar tərəfindən xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

1.7. Agentlik Azərbaycan Respublikasının Təhsil Nazirliyinə fəaliyyətinin nəticələri barədə hesabat təqdim edir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir;

2.1.2. ilk peşə-ixtisas təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir;

2.1.3. ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür;

2.1.4. ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir;

2.1.5. qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir;

2.1.6. ilk peşə-ixtisas təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.

3. Agentliyin vəzifələri

3.1. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. ilk peşə-ixtisas təhsili sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirir;

3.1.2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, ilk peşə-ixtisas təhsili üzrə dövlət proqramlarının hazırlanmasında iştirak edir və onların icrasını təmin edir;

3.1.3. ilk peşə-ixtisas təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirir, onların yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər hazırlayır;

3.1.4. ilk peşə-ixtisas təhsili üçün səriştələrə əsaslanan, nəticəyönlü təhsil standartlarının və kurikulumların (proqramların) hazırlanmasını və tətbiqini təmin edir;

3.1.5. əmək bazarının tələbatına uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasında və proqnozların hazırlanmasında iştirak edir;

3.1.6. müvafiq peşə üzrə təhsil standartlarının və kurikulumların (proqramların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq edir;

3.1.7. təhsilin qeyri-dövlət sektorunun dəstəklənməsi məqsədi ilə bələdiyyə və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinə metodik kömək göstərir;

3.1.8. ilk peşə-ixtisas təhsili müəssisələrinin istehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün tədbirlər görür;

3.1.9. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və şagirdlərin təhlükəsizliyini təmin edən tədbirlərin (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət edir;

3.1.10. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin istifadəsində olan maşın-mexanizm və avadanlıqdan, texnikadan səmərəli istifadə edilməsinə, onlara vaxtında texniki xidmət göstərilməsinə nəzarət edir;

3.1.11. hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaradır;

3.1.12. mülkiyyət növündən asılı olmayaraq, qurumlarla və fiziki şəxslərlə müqavilələr əsasında tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işini təşkil edir;

3.1.13. müasir təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaradır;

3.1.14. ilk peşə-ixtisas təhsili sahəsində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir;

3.1.15. ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanılmasını təşkil edir;

3.1.16. ilk peşə-ixtisas təhsili sahəsində birgə fəaliyyət nəticəsində daxilolmalardan ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafı və işçilərin sosial müdafiəsi məqsədləri üçün istifadə edilməsi barədə təkliflər hazırlayır;

3.1.17. peşəyönümü işinin təşkilində və təkmilləşdirilməsində iştirak edir;

3.1.18. işəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları təşkil edir;

3.1.19. sosial tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin inkişafını təmin edir;

3.1.20. əmək bazarının tələblərinə müvafiq olaraq, ilk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təkliflər verir;

3.1.21. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində mühəndis-pedaqoji və rəhbər heyətin fəaliyyətinin attestasiyasını təmin edir;

3.1.22. qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin qiymətləndirilməsi əsasında onların müvafiq peşə standartlarına uyğunluğunu müəyyən edən metodikanı hazırlayır;

3.1.23. qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin (kompetensiyaların) tanınmasını təmin edir;

3.1.24. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin, məzunların sayına uyğun olaraq, təhsil sənədlərinin blankları ilə təmin olunmasını təşkil edir;

3.1.25. ilk peşə-ixtisas təhsili müəssisələri üçün təhsil menecerlərinin, mühəndis-pedaqoji heyətin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

3.1.26. ilk peşə-ixtisas təhsili müəssisələrinin dərslik, dərs vəsaitləri ilə, əyani və texniki vəsaitlərlə təmin olunmasını təşkil edir, peşə təhsili ilə bağlı elektron resurs bazasının inkişafını təmin edir;

3.1.27. ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemlərin araşdırılması məqsədi ilə tədqiqat işlərinin aparılmasına dair sifarişlər verir, bu istiqamətdə analitik və metodik materiallar hazırlayır;

3.1.28. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir;

3.1.29. Agentliyin fəaliyyət istiqamətləri üzrə və ilk peşə-ixtisas kadrları hazırlığına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər verir;

3.1.30. Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.31. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür;

3.1.32. xarici peşə təhsili müəssisələri ilə təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirir;

3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir.

4. Agentliyin hüquqları

4.1. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, ilk peşə-ixtisas təhsili sahəsinə aid normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

4.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

4.1.3. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində monitorinqlər keçirmək və araşdırmalar aparmaq;

4.1.4. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinə icrası məcburi olan əmr və göstərişlər vermək;

4.1.5. fəaliyyəti, kadr potensialı və maddi-texniki bazası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan ilk peşə-ixtisas təhsili müəssisələri barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmaq;

4.1.6. Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sahəsində maarifləndirmə və təbliğat işi aparmaq;

4.1.7. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz fəaliyyətinə xarici və yerli mütəxəssislər, ekspertlər, məsləhətçilər cəlb etməklə, konsaltinq və digər xidmətlərdən istifadə etmək;

4.1.8. məhkəmədə iddiaçı qismində çıxış etmək;

4.1.9. sərəncamında olan maliyyə vəsaitini idarə etmək;

4.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

4.1.11. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qurumlararası əlaqələndirmə və məşvərət orqanları, işçi qrupları yaratmaq.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı və tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri Agentliyin vahid sistemini təşkil edir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin direktoru rəhbərlik edir.

Agentliyin direktoru Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Agentliyin direktorunun Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

Agentliyin direktorunun müavini Agentliyin direktorunun ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Agentliyin direktoru:

5.4.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

5.4.3. Agentliyin direktorunun müavini istisna olmaqla, Agentliyin Aparatının işçilərini (Agentliyin Aparatının struktur bölmələrinin və tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. Agentliyin xərclər smetasına uyğun olaraq, ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.4.5. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün tədbirlər görür;

5.4.6. dövlət orqanları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi vəkalətnaməsiz təmsil edir;

5.4.7. təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq, Agentliyin Aparatının struktur bölmələri rəhbərlərinin vəzifələrini müəyyən edir;

5.4.8. Agentliyin Aparatına, tabeliyindəki qurumlara icrası məcburi əmr və göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir, normativ və qeyri-normativ hüquqi aktların icrasını təmin edir;

5.4.9. Agentliyin strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər verir.

21 Aprel 2016, 09:04

http://www.azertag.net

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...