Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılsın.
2. VEMTAS-ın fəaliyyətinin təşkil olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beş ay müddətində:
2.1. vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompyuterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin;
2.2. ünvanlı dövlət sosial yardımın alınması üçün istər kağız üzərindən, istərsə də elektron formada olunan müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulunun həyata keçirilməsini və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların müvafiq dövlət qurumlarından elektron formada nazirlik tərəfindən əldə olunmasını təmin etmək üçün zəruri tədbirlər görsün;
2.3. ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə aparılmasını və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin etsin;
2.4. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üç ay müddətində:
3.1. ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciətin edilməsi üçün zəruri texniki imkanlara malik infoköşklərin alınmasını, ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində quraşdırılmasını və “Elektron hökumət” portalına qoşulmasını, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həmin infoköşklərin xüsusi proqramla təchiz olunmasını təmin etsin;
3.2. ünvanlı dövlət sosial yardımı üçün elektron formada müraciət edən şəxsləri ödənişsiz olaraq yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imza ilə təmin etsin;
3.3. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib onları “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etsin;
4.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarını beş ay müddətində yenidən hazırlayıb təsdiq etsin;
4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Dövlət orqanları özlərinin “Elektron hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında bu Fərmanın 4.1-ci bəndinə uyğun ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2015-ci il.
24 Fevral 2015, 09:0219 May 2014, 09:05
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 May 2014, 09:05
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında ətraflı...
15 May 2014, 09:05
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə ətraflı...