2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaratmışdır. Seçici siyahılarının mütəmadi olaraq nümayiş etdirilməsi, seçicilərin səsvermədə aktivliyi, səsvermənin gedişi və ilkin nəticələri barədə məlumatların seçicilərə çatdırılması və ictimaiyyətin aparılan proseslərlə yaxından tanış edilməsi üçün davamlı tədbirlər görülmüş, bu prosesdə “Seçkilər” Avtomatlaşdırılmış İnformasiya Sistemi və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilmişdir.
Geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq seçkilərdə əlavə tədbirlər qismində, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla, mövcud seçki məntəqələrinin 500-də (beş yüz) (təqribən 10 faizində), sonradan isə 1000-də (min) (təqribən 20 faizində) veb-kameralar tətbiq etmişdir. Seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilərək uğurlu hesab edildiyindən, hazırda həmin təcrübənin davam etdirilməsi məqsədəmüvafiqdir.
Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində də bu ənənəyə sadiq qalınmalı, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər müəyyən olunduqdan sonra işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, ərazilərində seçki keçirilən seçki dairələri üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilməklə ictimailəşdirilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10, 25.2.16, 28.2-ci, 28.4-cü, 40.1 və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na əsasən qərara alır :
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə, ərazilərində seçki keçirilən seçki dairələri üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.
2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin müəyyən olunması ilə əlaqədar müvafiq tədbirlər görülsün.
3. Proses başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilsin.
4. Qərarın icrası aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
1 Dekabr 2014, 09:123 Aprel 2014, 10:04
Səyahət sənədinin spesifikasiya ətraflı...
3 Aprel 2014, 10:04
Səyahət sənədi haqqında ətraflı...
3 Aprel 2014, 10:04
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün ətraflı...
3 Aprel 2014, 09:04
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 09:04
Ə.C.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 09:04
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə ətraflı...
3 Aprel 2014, 09:04
Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 Aprel 2014, 13:04
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
2 Aprel 2014, 13:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə ətraflı...
2 Aprel 2014, 09:04
İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...