2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 noyabr 2014-cü il tarixli 12 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində 76 saylı Lənkəran – Astara seçki dairəsindən Səpnəkəran bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hüseynov Bəhmən Əbdülhəsən oğlu 25 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının ləğv edilməsini və onun namizədliyinin qeydə alınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.
Vətəndaş B.Ə.Hüseynov şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran – Astara seçki dairəsindən Səpnəkəran bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina etmişdir.
Dairə seçki komissiyası B.Ə.Hüseynovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 20 noyabr 2014-cü il tarixli 11/30-1 saylı qərarını onunla əsaslandırmışdır ki, o, imza vərəqəsində namizədə aid məlumatları tam göstərməmiş, imza vərəqəsində toplanmış 25 imzadan yalnız 13 imza etibarlı hesab edilmişdir. Ona görə də namizəd tərəfindən təqdim edilmiş imza vərəqəsində olan digər imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş, namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb olunaraq müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 23 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd B.Ə.Hüseynovun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 25 seçici imzasından 24-ü etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən və namizədə aid digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olduğundan onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.
Belə ki, Seçki Məcəlləsinin 215.1.6-cı maddəsinə əsasən əhalisi 4.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 15 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Səpnəkəran bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.
Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.
Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 76 saylı Lənkəran – Astara seçki dairəsi dairə seçki komissiyasının B.Ə.Hüseynovun namizədliyinin Səpnəkəran bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 20 noyabr 2014-cü il tarixli 11/30-1 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 76 saylı Lənkəran – Astara seçki dairəsindən Səpnəkəran bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hüseynov Bəhmən Əbdülhəsən oğlunun 25 noyabr 2014-cü il tarixli 12 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 20 noyabr 2014-cü il tarixli 11/30-1 saylı qərarı ləğv edilsin.
2. 76 saylı Lənkəran – Astara seçki dairəsindən Səpnəkəran bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hüseynov Bəhmən Əbdülhəsən oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 Noyabr 2014, 09:115 May 2014, 09:05
Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
5 May 2014, 09:05
E.H.İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
2 May 2014, 17:05
"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
2 May 2014, 16:05
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
2 May 2014, 16:05
"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 mart tarixli 63 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
2 May 2014, 16:05
"Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
2 May 2014, 16:05
"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə ətraflı...
2 May 2014, 12:05
"Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nin təsdiq edilməsi barədə ətraflı...
1 May 2014, 09:05
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi QAYDALARI ətraflı...
1 May 2014, 09:05
“Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...