Azərbaycanın yəhudi icmasına

Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində əsl vətəndaş mövqeyi nümayiş etdirirlər. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da ölkəmizin ictimai-siyasi həyatında və respublikada gedən böyük quruculuq işlərində yaxından iştirak edir.

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 sentyabr 2014-cü il.

24 Sentyabr 2014, 09:09

http://www.azertag.net

7521—7530 / 10511

5 Yanvar 2016, 09:01

Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

T.Ş.Mahmudovun Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında   ətraflı...

30 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında   ətraflı...

30 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

S.Ə.Məmmədovun "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Dekabr 2015, 09:12

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında   ətraflı...