Azərbaycanın yəhudi icmasına

Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində əsl vətəndaş mövqeyi nümayiş etdirirlər. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da ölkəmizin ictimai-siyasi həyatında və respublikada gedən böyük quruculuq işlərində yaxından iştirak edir.

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 sentyabr 2014-cü il.

24 Sentyabr 2014, 09:09

http://www.azertag.net

7231—7240 / 10511

29 Fevral 2016, 09:02

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

29 Fevral 2016, 09:02

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə   ətraflı...

29 Fevral 2016, 09:02

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 128-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Fevral 2016, 09:02

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Fevral 2016, 09:02

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

29 Fevral 2016, 09:02

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 127-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

29 Fevral 2016, 09:02

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

29 Fevral 2016, 09:02

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə   ətraflı...

29 Fevral 2016, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 122-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

29 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...