Azərbaycanın yəhudi icmasına

Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində əsl vətəndaş mövqeyi nümayiş etdirirlər. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da ölkəmizin ictimai-siyasi həyatında və respublikada gedən böyük quruculuq işlərində yaxından iştirak edir.

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 sentyabr 2014-cü il.

24 Sentyabr 2014, 09:09

http://www.azertag.net

6181—6190 / 10511

30 Noyabr 2016, 09:11

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

30 Noyabr 2016, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Noyabr 2016, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Noyabr 2016, 09:11

“Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına   ətraflı...

29 Noyabr 2016, 09:11

A.Q.Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan memarlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Ə.A.Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Noyabr 2016, 09:11

Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...