Azərbaycanın yəhudi icmasına
Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri mehriban dostluq və qardaşlıq şəraitində yaşayır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində əsl vətəndaş mövqeyi nümayiş etdirirlər. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da ölkəmizin ictimai-siyasi həyatında və respublikada gedən böyük quruculuq işlərində yaxından iştirak edir.
Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 sentyabr 2014-cü il.
24 Sentyabr 2014, 09:0919 May 2014, 09:05
A.M.Vəliyevanın Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında ətraflı...
19 May 2014, 09:05
Texnologiyalar parkı haqqında ətraflı...
19 May 2014, 09:05
Dəniz limanları haqqında ətraflı...
19 May 2014, 09:05
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
19 May 2014, 09:05
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 938-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
19 May 2014, 09:05
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi barədə ətraflı...