“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, № 12, maddə 1881; 2020, № 3, maddə 225, № 6, maddə 671; 2021, № 12, maddə 1345; 2022, № 7, maddə 693; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 810-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin birinci hissəsinin iyirmi doqquzuncu abzasında “işçi heyəti, texnoloji resursları və” sözləri “provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət” sözləri ilə əvəz edilsin.
2. 20-2.2-ci maddədə “meyarları” sözü “siyahısı” sözü ilə, “müəyyən edilir” sözləri “səlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilir” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.”.
3. 20-3-cü maddə üzrə:
3.1. 20-3.2-ci maddənin birinci cümləsində “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;
3.2. 20-3.3-cü maddədə “məlumatı” sözü “məlumatın” sözü ilə, “yerləşdirir” sözü “yerləşdirilməsini təmin edir” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 20-3.5-ci maddə əlavə edilsin:
“20-3.5. Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.”.
4. 20-4-cü maddə üzrə:
4.1. 20-4.2-ci maddədə “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilsin;
4.2. 20-4.4-cü maddənin mətni ikinci cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.”.
5. 20-5.3.3-cü və 20-5.3.5-ci maddələrdən “boşluqları və” sözləri çıxarılsın.
6. 20-6.4-cü maddəyə “tələblərə” sözündən sonra “dövlət qurumu olmayan” sözləri əlavə edilsin.
7. 20-6.8-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2023-cü il
23 May 2023, 14:0522 Aprel 2014, 14:04
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 16:04
Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...