Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilsin.
2. “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 579; 2004, № 9, maddə 684; 2006, № 12, maddə 1056; 2008, № 9, maddə 796; 2013, № 9, maddə 1049; 2018, № 5, maddə 935; 2019, № 2, maddə 227; 2022, № 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissədə “250 (iki yüz əlli)” sözləri “275 (iki yüz yetmiş beş)” sözləri ilə əvəz edilsin;
2.2. 2-ci hissəyə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,13 yanvar 2023-cü il
13 Yanvar 2023, 11:0130 İyun 2014, 09:06
Ə.F.Salmanovun Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu təyin edilməsi haqqında ətraflı...
30 İyun 2014, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişikliklər edilməsi barədə ətraflı...
27 İyun 2014, 09:06
Dövlət qulluqçularının təltif edilməsi haqqında ətraflı...
27 İyun 2014, 09:06
Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
27 İyun 2014, 09:06
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
27 İyun 2014, 09:06
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında ətraflı...
27 İyun 2014, 09:06
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında ətraflı...
27 İyun 2014, 09:06
N.Ş.Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
25 İyun 2014, 09:06
Bir qrup dəniz nəqliyyatı işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
25 İyun 2014, 09:06
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...