Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin.

2. “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668; 2019, № 4, maddə 638; 2021, № 12, maddə 1360) 1-ci hissəsinə “müavinətin” sözündən sonra “aylıq” sözü əlavə edilsin və həmin hissədə “70 (yetmiş)” sözləri “105 (yüz beş)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2023-cü il

13 Yanvar 2023, 11:01

http://www.azertag.az

10111—10120 / 10511

23 Aprel 2014, 09:04

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 935-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

23 Aprel 2014, 09:04

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

23 Aprel 2014, 09:04

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

22 Aprel 2014, 17:04

Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

22 Aprel 2014, 17:04

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

22 Aprel 2014, 17:04

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

22 Aprel 2014, 14:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 14:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 14:04

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 14:04

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında   ətraflı...