Azərbaycan Respublikası Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 1 mart tarixli 3736 nömrəli, “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 6 iyul tarixli 293 nömrəli, “Mingəçevir Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 366 nömrəli, “BMT-nin insan hüquqları mexanizmləri üzrə qurumları ilə əməkdaşlığın səmərəliliyinin artırılması haqqında” 2018-ci il 20 sentyabr tarixli 504 nömrəli, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli 3736 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 461) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi,” sözləri çıxarılsın.

2. “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 293 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1540) 2-ci hissəsindən “və Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.

3. “Mingəçevir Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 366 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1612) 2-ci hissəsindən “və Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın və həmin hissədə “etsinlər” sözü “etsin” sözü ilə əvəz edilsin.

4. “BMT-nin insan hüquqları mexanizmləri üzrə qurumları ilə əməkdaşlığın səmərəliliyinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 sentyabr tarixli 504 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1889) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin;

4.2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini” və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352; 2020, № 9, maddə 1185) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissənin altıncı abzasının dördüncü cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.2 “8. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019 – 2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” üzrə:

5.2.1. 1.8.1-ci, 1.8.3-cü, 1.8.6-cı, 1.9.1-ci, 1.9.2-ci, 1.9.3-cü, 7.2.1-ci və 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “ƏMDK” akronimi “İN” akronimi ilə əvəz edilsin;

5.2.2. 1.9.4-cü yarımbəndin “İcraçı orqanlar” sütunundan “ƏMDK,” akronimi çıxarılsın;

5.2.3. “Akronimlər” bəndindən “ƏMDK – Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.

6. “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1638) 6.1 – 6.3-cü bəndlərində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

29 Dekabr 2022, 11:12

http://www.azertag.az

10051—10060 / 10511

6 May 2014, 17:05

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

6 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

6 May 2014, 17:05

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T.Ə.Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T. R. Mehdiyevin Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T.R.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında   ətraflı...

5 May 2014, 09:05

N.N. Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

5 May 2014, 09:05

Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

5 May 2014, 09:05

F.Ş. Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...