“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 272; 2001, № 1, maddə 25; 2004, № 7, maddə 505; 2016, № 12, maddə 2005) ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci cümlədə “təsis sənədlərini qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir” sözləri “onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir” sözləri ilə əvəz edilsin;
1.2. ikinci cümlə ləğv edilsin.
Maddə 2. “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 101; 2002, № 5, maddə 241; 2005, № 8, maddə 684) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü maddənin birinci hissəsinin üçüncü abzasından, 8-ci maddənin 1-ci və 2-ci hissələrindən və 14-cü maddənin 2-ci hissəsindən “dövlət” sözü çıxarılsın;
2.2. 9-cu maddə üzrə:
2.2.1. 2-ci hissədən birinci halda “dövlət” sözü çıxarılsın;
2.2.2. 3-cü hissə üzrə:
2.2.2.1. birinci abzasdan ikinci halda “dövlət” sözü çıxarılsın;
2.2.2.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“müvafiq icra hakimiyyəti orqanının rəyi.”;
2.2.3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
“5. Maliyyə-sənaye qruplarının yaradılmasına dair müqavilələr, həmin müqavilələrin şərtlərində və ya qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərlə bağlı dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında aparılır.”;
2.3. 16-cı maddənin 1-ci hissəsində “müvəkkil dövlət” sözləri “müvafiq” sözü ilə əvəz edilsin və ikinci halda “dövlət” sözü çıxarılsın;
2.4. 17-ci maddə üzrə:
2.4.1. 1-ci və 2-ci hissələrdə “Müvəkkil dövlət” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin;
2.4.2. 3-cü hissə üzrə:
2.4.2.1. birinci abzasın birinci və ikinci cümlələrində “müvəkkil dövlət” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;
2.4.2.2. 4-cü abzasda “Müvəkkil dövlət” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin və həmin abzasdan ikinci halda “dövlət” sözü çıxarılsın;
2.4.3. 4-cü hissədə “Müvəkkil dövlət” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin və həmin hissədən ikinci halda “dövlət” sözü çıxarılsın.
Maddə 3. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247; 2018, № 6, maddə 1183; 2019, № 1, maddə 34, № 7, maddə 1178; 2020, № 5, maddə 509) 5-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında “dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi” sözləri “dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2022-ci il
28 Dekabr 2022, 15:1215 Mart 2018, 08:03
Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Mart 2018, 08:03
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Mart 2018, 08:03
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Mart 2018, 08:03
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Mart 2018, 08:03
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Mart 2018, 08:03
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2018, 08:03
A.R.Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2018, 08:03
Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2018, 08:03
F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2018, 08:03
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...