Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 1 aprel tarixli 601 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 719 nömrəli və “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1999) 2-ci hissəsində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

2. “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 aprel tarixli 601 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 601) 2.2-ci bəndində “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574; 2022, № 2, maddə 116; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 aprel tarixli 1644 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 16.1-1-ci bənd əlavə edilsin:

“16.1-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) üzrə:

16.1-1.1. Dövlət Vergi Xidmətinin Aparat rəhbəri və onun müavinləri;

16.1-1.2. Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin rəisləri və onların müavinləri;

16.1-1.3. Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların rəisləri və onların müavinləri.”;

3.2. 21-ci hissə ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 10, maddə 1114, № 12, maddə 1406; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1694 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1.4-cü yarımbənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

4.2. 4.1.11-ci yarımbənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1011) ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın 1.3-cü və 2.3-cü bəndlərində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 734 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1026) ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.2-ci bənddə “Vergilər Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin;

6.2. 1.3.2-ci yarımbənddə, 3-cü hissədə, 4.2–4.4-cü, 4.10-cu, 4.11-ci bəndin birinci cümləsində, 6.1-ci, 6.2-ci bəndin birinci və ikinci cümlələrində və 6.3-cü bəndlərdə ismin müvafiq hallarında “Nazirlik” sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2022-ci il

2 Avqust 2022, 15:08

http://www.azertag.az

10231—10240 / 10511

6 Mart 2014, 09:03

Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

6 Mart 2014, 09:03

Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

5 Mart 2014, 10:03

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

5 Mart 2014, 10:03

"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2014, 10:03

"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...