“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin onuncu abzasında, 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü cümlələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci, dördüncü abzaslarında və 4-cü hissəsində, 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 5-ci hissəsinin birinci cümləsində və 6-cı hissəsinin ikinci abzasında, 6-4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6-5-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində, 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində, 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında, 6-4-cü maddəsinin ikinci cümləsində, 6-5-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

1.3. həmin Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

1.6. həmin Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

1.7. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 6-4-cü maddəsinin birinci cümləsində, 6-5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. dörd ay müddətində:

2.2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.2. həmin Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.3. həmin Qanunun 6-4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.4. həmin Qanunun 6-5-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.3. beş ay müddətində:

2.3.1. həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.2. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.3. həmin Qanunun 6-2-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsinə uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2004, № 7, maddə 526; 2007, № 6, maddə 601; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 291; 2018, № 3, maddə 410, № 4, maddə 654; 2021, № 7, maddə 728) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “yeddinci abzasında (ikinci halda)” sözləri “səkkizinci (ikinci halda) və onuncu abzaslarında” sözləri ilə əvəz edilsin və həmin bəndə “3-cü maddəsinin” sözlərindən sonra “1-ci, 2-ci hissələrində,” sözləri, “8-ci maddəsinin” sözlərindən əvvəl “6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü cümlələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci, dördüncü abzaslarında və 4-cü hissəsində, 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 5-ci hissəsinin birinci cümləsində və 6-cı hissəsinin ikinci abzasında, 6-4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6-5-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində,” sözləri, “15-ci” sözlərindən əvvəl “13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilsin:

“2.2-1. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində, 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında, 6-4-cü maddəsinin ikinci cümləsində, 6-5-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

2.2-2. həmin Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.3. 2.3-cü bənddə “on səkkizinci” sözləri “on doqquzuncu” sözləri ilə əvəz edilsin;

4.4. 2.4-cü bənddə “yeddinci (birinci halda) və səkkizinci” sözləri “səkkizinci (birinci halda) və doqquzuncu” sözləri ilə əvəz edilsin və həmin bənddən “13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında,” sözləri çıxarılsın;

4.5. 2.5-ci bənddən “3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində,” sözləri çıxarılsın;

4.6. 2.12-ci bənddə “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilsin;

4.7. 2.15-ci bəndə “Qanunun” sözündən sonra “6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində,” sözləri və “hissəsində” sözündən sonra “və 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

4.8. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.18 – 2.20-ci bəndlər əlavə edilsin:

“2.18. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

2.19. həmin Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

2.20. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.”.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin 1-ci hissəsinin birinci cümləsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılmasını dörd ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün.

6. Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti bu Fərmandan irəli gələn müvafiq məsələləri həll etsin.

7. Bu Fərman 2022-ci il mayın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2022-ci il

8 Aprel 2022, 16:04

http://www.azertag.az

301—310 / 10511

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Dekabr 2022, 08:12

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1519 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Dekabr 2022, 14:12

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Dekabr 2022, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Dekabr 2022, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...