Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən şəhərin su və kanalizasiya sistemi yenidən qurulmuş, “Cənub” İstilik Elektrik Stansiyası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şirvan şəhəri üzrə nəzərdə tutulmuş əlavə tədbirlərin həyata keçirilməsi, o cümlədən şəhərin Bayramlı qəsəbəsində inşa edilən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.
2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2014-cü il.
21 İyul 2014, 09:0715 May 2014, 09:05
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
13 May 2014, 13:05
H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 17:05
A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
8 May 2014, 09:05
M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 May 2014, 17:05
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə ətraflı...