Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 26 fevral tarixli 532 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044, № 12, maddə 1927; 2020, № 7, maddə 882; 2021, № 5, maddə 439) 9.9-cu bəndinə “qeydiyyatının” sözündən sonra “, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98; 2009, № 2, maddə 59; 2010, № 11, maddə 968; 2012, № 11, maddə 1107; 2013, № 10, maddə 1153; 2014, № 9, maddə 1058; 2015, № 6, maddə 701; 2016, № 2 (II kitab), maddə 272; 2018, № 5, maddə 925, № 8, maddə 1687) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.13-cü bəndinə “qeydiyyatını” sözündən sonra “(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039; 2020, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 11, maddə 1211; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 1502 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.2-ci bəndinə “qeydiyyatını” sözündən sonra “(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2022-ci il

1 Fevral 2022, 08:02

http://www.azertag.az

10221—10230 / 10511

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

7 Mart 2014, 09:03

Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...