İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri 180 375 536,0 manat, xərcləri 180 375 536,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2022-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
|
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
1. |
İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: |
136 418 476,0 |
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
21 709 238,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
21 709 238,0 |
1.3. |
qeyri-büdcə sektoru üzrə |
93 000 000,0 |
2. |
Sair gəlirlər |
50 000,0 |
3. |
2021-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti |
43 907 060,0 |
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
|
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
1. |
İşsizliyə görə sığorta ödənişləri |
8 500 000,0 |
2. |
Peşə hazırlığı və əlavə təhsilin təşkili |
9 000 000,0 |
3. |
Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi |
2 000 000,0 |
4. |
Əmək yarmarkalarının, əmək birjalarının təşkili |
1 000 000,0 |
5. |
Haqqı ödənilən ictimai işlərin təşkili |
2 500 000,0 |
6. |
Özünüməşğulluq tədbirlərinin təşkili |
76 109 816,0 |
7. |
Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi |
3 000 000,0 |
8. |
Peşə standartlarının hazırlanması |
1 000 000,0 |
9. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri |
43 765 720,0 |
10. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri |
30 000 000,0 |
11. |
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin yaradılması |
1 000 000,0 |
12. |
Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi |
1 500 000,0 |
13. |
Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər |
1 000 000,0 |
Maddə 4. Qalıqlardan istifadə
İşsizlikdən sığorta fondunun (o cümlədən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il
24 Dekabr 2021, 08:1212 Fevral 2014, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Fevral 2014, 08:02
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Fevral 2014, 08:02
15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında ətraflı...
11 Fevral 2014, 16:02
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında ətraflı...
11 Fevral 2014, 16:02
"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 16:02
"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
11 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 874-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...