“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə 374) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.0.9-1–1.0.9-2-ci maddələr əlavə edilsin:
“1.0.9-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra - operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınan hüquqi və ya fiziki şəxs;
1.0.9-2. operatorun məsul şəxsi – operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs;”.
2. 50.1-ci maddəyə “uyğun olaraq” sözlərindən sonra “operator tərəfindən” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.”.
3. 50.4-cü maddədə “daşıyıcılar” sözü “daşıyıcıları” sözü ilə əvəz edilsin.
4. 50.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“50.5. Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir.”.
5. Aşağıdakı məzmunda 50.6-cı maddə əlavə edilsin:
“50.6. Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il.
29 Avqust 2019, 08:083 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...