Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində sosialyönümlü bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 67 min yeni iş yeri açılmışdır. Bundan başqa, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhər avtomobil yolları yenidən qurulmuş, çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, lift təsərrüfatının yenidən qurulması sahəsində əsaslı işlər görülmüş, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2019-cu il.
19 Fevral 2019, 08:0210 İyul 2014, 09:07
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 986-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“Kəşfiyyat vəəks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1014-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 990-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 989-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 991-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...