“Elektron ticarət haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Haqsız rəqabət haqqında”, “Xarici investisiyanın qorunması haqqında” və “İcarə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci, 13-cü, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 564; 2016, № 12, maddə 2052) aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:
“2.4. Ələt azad iqtisadi zonasında elektron ticarətin təşkili və həyata keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485; 2004, № 7, maddə 505; 2009, № 5, maddə 296; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 645; 2013, № 12, maddə 1482; 2018, № 4, maddə 636) 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Ələt azad iqtisadi zonasında əmtəə nişanları və coğrafi göstəricilər sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 3. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 683, 686; 2004, № 2, maddə 57; 2015, № 4, maddə 370; 2017, № 7, maddə 1260) preambulasının ikinci hissəsində “ərazisində” sözündən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 4. “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 81, № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2003, № 1, maddələr 1, 3; 2005, № 8, maddə 684; 2007, № 5, maddə 401, № 10, maddə 938, № 11, maddə 1053; 2010, № 4, maddə 276) 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
“1.2. Ələt azad iqtisadi zonasında xarici investisiyaların qorunması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 5. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 9, maddə 221, № 17, maddə 736; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 1999, № 1, maddə 8; 2001, № 11, maddə 683; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 16; 2017, № 6, maddə 1057; 2018, № 7, I kitab, maddə 1420) 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Ələt azad iqtisadi zonasında icarə münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il.
29 Yanvar 2019, 08:0118 Mart 2014, 09:03
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
18 Mart 2014, 09:03
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 08:03
E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
17 Mart 2014, 09:03
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Mart 2014, 08:03
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında ətraflı...