Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 oktyabr 2002-ci il, № 244) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 601)
Relizin Tarixi: 22.10.2002
Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin fərmanı
2002-ci il oktyabrın 22-də Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə bağlı xilasetmə işlərini təşkil etmək və hadisənin səbəblərini araşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
| Komissiyanın sədri: | ||
| Artur Rasizadə | — | Azərbaycan Respublikasının baş naziri | 
| Komissiyanın üzvləri: | ||
| Abid Şərifov | — | Azərbaycan Respublikası baş nazirinin müavini | 
| Zakir Qaralov | — | Azərbaycan Respublikasının baş prokuroru | 
| Fərhad Əliyev | — | Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri | 
| Ziya Məmmədov | — | Azərbaycan Respublikasının nəqliyyat naziri | 
| Hüseynqulu Bağırov | — | Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri | 
| Xələf Xələfov | — | Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini | 
| Şahin Sultanov | — | Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı | 
| Natiq Əliyev | — | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti | 
| Aydın Bəşirov | — | Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi | 
| Cahangir Əsgərov | — | «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru | 
| Tofiq Əliyev | — | Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini | 
2. Dövlət Komissiyasına tapşırılsın ki:
- təxirəsalınmaz xilasetmə işlərini həyata keçirsin;
- hadisənin baş vermə səbəblərini və şəraitini araşdırsın;
- öz işi haqqında mütəmadi məlumat versin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2002-ci il.
№ 805
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 oktyabr 2002-ci il, № 244) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 601) («LegalActs» LLC).
© LegalActs LLC