Bakı Bədən Tərbiyəsi Texnikumunun adının dəyişdirilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 150)

Relizin Tarixi: 13.02.2006

Bakı Bədən Tərbiyəsi Texnikumunun adının dəyişdirilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Bakı Bədən Tərbiyəsi Texnikumunun adının dəyişdirilməsi haqqında

Qərar № 47

Bakı şəhəri, 25 mart 2002-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı Bədən Tərbiyəsi Texnikumunun Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci adlandırılması haqqında Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təklifi qəbul edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 150) («LegalActs» LLC).

13 fevral 2006-cı il tarixli, 45 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC