Terminlər lüğəti
1561—1570 / 1989
Sığortalının razılığı ilə sığortaçı tərəfindən təyin olunan, sığorta riskini müstəqil surətdə qiymətləndirən və bu sahədə ixtisaslaşmış hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd
Sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.
Sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə «təkrarsığorta tələbi» kimi işlədilir
Sığorta hadisəsinin baş verməsi nəticəsində sığorta olunanın əmlak mənafelərinə dəymiş və sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçının kompensasiya edəcəyi itkinin (zərərin) miqdarının pulla ifadəsi.
Bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
Sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri
Qorunan əmanətçinin qorunan əmanətinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilən hissəsidir.
Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
Beynəlxalq poçt göndərişləri göndərildiyi zaman istifadə olunan qaimə sənədi.