“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 841- IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 841-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2013-cü il.

26 декабря 2013, 09:12

http://www.azertag.net

3121—3130 из 3607

17 июля 2014, 09:07

О проведении 100-летнего юбилея академика Валиды Тутаюг   подробно...

17 июля 2014, 09:07

О награждении Р.Г.Алиева орденом «Истиглал»   подробно...

17 июля 2014, 09:07

О мерах по усовершенствованию выездных услуг, оказываемых Государственным агентством по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики   подробно...

17 июля 2014, 09:07

О награждении Т.М.Зейналова орденом «Шохрат»   подробно...

16 июля 2014, 17:07

Президент Алиев открыл первую солнечную электростанцию в Азербайджане   подробно...

16 июля 2014, 12:07

С 1 ноября Азербайджан вводит таможенное декларирование при экспорте товаров   подробно...

15 июля 2014, 17:07

«Бакинский метрополитен» получил уставный капитал в 1,77 млрд. манатов   подробно...

15 июля 2014, 15:07

В Азербайджане подготовлены Национальные квалификационные рамки   подробно...

15 июля 2014, 13:07

Азербайджан усовершенствует систему прогнозирования рынка труда   подробно...

14 июля 2014, 15:07

Правительство Азербайджана, BP и SOCAR готовят план действий по развитию рынка труда   подробно...