“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1372-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1372-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2019-cu il.

11 января 2019, 08:01

http://www.azertag.az

1351—1360 из 3607

10 июля 2018, 07:07

Распоряжение Президента Азербайджанской Республики О 90-летии Азербайджанского государственного театра юного зрителя   подробно...

4 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О создании Государственной комиссии в связи с аварией, произошедшей на одной из подстанций ООО «Азербайджанская тепловая электростанция»   подробно...

4 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О мерах по завершению строительства систем водоснабжения и канализации города Агдаш   подробно...

3 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции 6-18-километрового участка автомобильной дороги Баку-Губа- государственная граница с Российской Федерацией   подробно...

2 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских и высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики   подробно...

2 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских и высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики   подробно...

2 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских и высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики   подробно...

2 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О присвоении К.Г.Гафарову почетного звания «Заслуженный врач»   подробно...

2 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Министерства внутренних дел Азербайджанской Республики   подробно...

2 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по формированию электронного сельского хозяйства   подробно...