“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1380-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1380-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2019-cu il.

11 января 2019, 08:01

http://www.azertag.az

2041—2050 из 3607

8 ноября 2016, 10:11

О награждении К.С.Иманова орденом «Шохрат»   подробно...

8 ноября 2016, 10:11

О награждении работников телевидения и радио Азербайджанской Республики   подробно...

8 ноября 2016, 10:11

О награждении работников телевидения и радио «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

8 ноября 2016, 10:11

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 ноября 2016, 10:11

О присвоении почетных званий работникам телевидения и радио Азербайджанской Республики   подробно...

7 ноября 2016, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района   подробно...

7 ноября 2016, 09:11

О мерах по строительству автомобильной дороги Сабунчи-Рамана Сабунчинского района города Баку   подробно...

3 ноября 2016, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Самух-Физули-Ляк-Алибайрамлы-Гарабаглар-Чобанабдаллы-Самух Самухского района   подробно...

2 ноября 2016, 10:11

О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингадулан-Ханагях Лерикского района   подробно...

1 ноября 2016, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Сиязань-Беюк Гамья-Баладжа Гамья-Джандахар Сиязаньского района   подробно...