“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1398-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1398-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.10-cu və 221.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2019-cu il.
11 января 2019, 08:0118 марта 2014, 09:03
О присвоении Ф.Н.Алекберову высшего специального звания государственного советника миграционной службы III класса подробно...
18 марта 2014, 09:03
О награждении медалью «За отличие на службе в миграционных органах» сотрудников Государственной миграционной службы Азербайджанской Республики подробно...
18 марта 2014, 09:03
Об освобождении М.И.Мадатова от должности заместителя председателя Закрытого акционерного общества «Азербайджанское Каспийское морское пароходство» подробно...
18 марта 2014, 09:03
О назначении З.Г.Гусейнова судьей Сумгайытского городского суда и председателем данного суда подробно...
18 марта 2014, 09:03
Об освобождении Э.К.Асланова от должности заведующего Отделом политического анализа и информационного обеспечения Администрации Президента Азербайджанской Республики подробно...
18 марта 2014, 09:03
О назначении А.А.Гаджиева ректором Бакинского славянского университета подробно...
17 марта 2014, 17:03
Освобождён от должности глава отдела политического анализа и информационного обеспечения Администрации президента подробно...
17 марта 2014, 16:03
В Азербайджане введены новые нормы загрузки для крупнотоннажных машин подробно...
17 марта 2014, 14:03
Правила повышения энергетической эффективности и экономии энергетических ресурсов утвердил Азербайджан подробно...
17 марта 2014, 09:03
О проведении 70-летнего юбилея Национальной Академии Наук Азербайджана подробно...