“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1377-VQD nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1377-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il.

28 декабря 2018, 08:12

http://www.azertag.az

2091—2100 из 3607

22 сентября 2016, 09:09

О награждении членов Национальной паралимпийской команды Азербайджана   подробно...

21 сентября 2016, 09:09

Об утверждении «Государственной программы реализации Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2016-2020 годы»   подробно...

20 сентября 2016, 10:09

О дополнительных мерах по капитальному ремонту многоквартирных зданий в городе Сабирабад   подробно...

20 сентября 2016, 10:09

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

20 сентября 2016, 10:09

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана   подробно...

20 сентября 2016, 10:09

О награждении работников нефтяной промышленности Азербайджанской Республики   подробно...

20 сентября 2016, 10:09

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики   подробно...

20 сентября 2016, 10:09

О присвоении почетного звания «Заслуженный инженер» работникам нефтяной промышленности Азербайджанской Республики   подробно...

19 сентября 2016, 09:09

О создании Пираллахинского промышленного парка   подробно...

19 сентября 2016, 09:09

О награждении А.Юсиф гызы орденом «Шохрат»   подробно...