Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə qərara alıram:

1. Energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40,0 (qırx) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

26 декабря 2018, 08:12

http://www.azertag.az

3241—3250 из 3607

26 мая 2014, 10:05

О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

26 мая 2014, 10:05

О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО   подробно...

23 мая 2014, 13:05

Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год   подробно...

22 мая 2014, 11:05

Счётная палата проконтролирует мероприятия по защите окружающей среды   подробно...

22 мая 2014, 11:05

Допуск к государственной тайне уточняет Азербайджан   подробно...

21 мая 2014, 12:05

Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве   подробно...

20 мая 2014, 17:05

Министерство туризма готовит новый закон «О туризме»   подробно...

20 мая 2014, 13:05

Клятва учителя впервые введена в Азербайджане   подробно...

20 мая 2014, 13:05

В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги   подробно...

19 мая 2014, 16:05

Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане   подробно...